Tanınmış teleaparıcı Emin Musəvi ailə həyatı qurur.
Yerli telekanallarda bir sıra maraqlı layihələrin müəllifi və aparıcısı olan E.Musəvinin bu gün “Jumeirah Bilgah Beach Hotel”də toy mərasimi olacaq.
Toy saat 18:00-da 280 nəfərlik “Mərdəkan” zalında baş tutacaq. Toya 300 nəfərə yaxın qonaq dəvət olunub.
Qeyd edək ki, Emin Musəvinin ailə qurduğu xanım özündən 12 yaş kiçikdir. Gəlin Emin Musəvinin institutda birgə oxuduğu qrup yoldaşının bacısıdır.
Bu, teleaparıcısının ikinci evliliyidir.
Gün.Az