Uzun illər davam edən tədqiqatlardan sonra alimlər süni qan əldə edə edib.
Ondan gələcəkdə qanköçürmədə istifadə etmək mümkündür.
Professor Mark Ternerin sözlərinə görə tədqiqatçılar I qan qrupuna aid olan hüceyrələri gövdə hüceyrədən alıb.
Əldə olunan qan təhlükəsizlik standartlarına uyğun gəlir və insan orqanizminə yeridilmək üçün istifadə oluna bilər.
Alimlər yekun təcrübələrə 2016-2017-ci ildə başlamağa hazırdır.
Bu təcrübədə mütəmadi qan köçürməyə ehtiyacı olan könüllülər iştirak edəcək. Əgər layihə uğurlu alınarsa mütəxəssislər süni qanın daha geniş sənaye istehsalını təşkil etməklə donor çatışmazlığı problemini aradan qaldıracaq.
Gün.Az