Azərbaycanda yeni internet televiziyası fəaliyyətə başlayır
18.4.2014

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "ElmTV" elmi internet telekanalı fəaliyyətə başlayır.

AMEA-dan bildiriblər ki, akademiyanın bu gün keçiriləcək sessiyasında "ElmTV"-nin fəaliyyətə başlaması ilə bağlı təqdimat olacaq.

İnternet televiziyası hələlik AMEA-nın rəsmi saytı daxilində fəaliyyət göstərəcək. Sonra TV-nin geniş və 3 dildə - Azərbaycan, rus və ingillis dillərində yayımı nəzərdə tutulur. Bu internet televiziyasında əsasən elm xəbərləri efirə veriləcək.

Qeyd edək ki, Azərbaycanda 5-ə yaxın internet telekanalı yayımlanır.

publika.az