Bakıda Ukraynanın Dövlət Bayrağı Gününü qeyd etmişlər
24.8.2011

Avqustun 23-də Bakıda Ukraynanın Azərbaycandakı səfirliyi əməkdaşlarının, onların ailə üzvlərinin, Azərbaycanın Taras Şevçenko adına Ukrayna icması nümayəndələrinin iştirakı ilə Ukraynanın Dövlət Bayrağı Günü münasibətilə dövlət bayrağının qaldırılması mərasimi olmuşdur.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko tədbirin iştirakçılarını bayram münasibətilə təbrik etmiş və demişdir ki, Ukraynanın Dövlət Bayrağı Günü Ukrayna Prezidentinin Fərmanı ilə hər il bu gündə keçirilir.
Sonda Bakıda T.Şevçenkonun abidəsi önünə gül dəstələri qoyulmuşdur. Tədbirdə “Barvinok” bədii ansamblı görkəmli Kobzarın əsərlərini ifa etmişlər.