"Çalıkuşu" ilə bağlı şok qərar
21.4.2014

Türkiyənin Kanal D telekanalında nümayiş olunan "Çalıkuşu" teleserialı ilə bağlı gözlənilməz qərar qəbul olunub.

AHT-yə istinadən bildirilir ki, baş rollarda Burak Özcivit və Fahriye Evcenin çəkildikləri "Çalıkuşu" 4 seriya sonra ekranlarla vidalaşacaq.
30-cu seriyası sonu olacaq teleserialın dayandırılmasının səbəbi reytinqinin aşağı olmasıdır.

Bunu teleserialın prodüseri İlkay Doğan Twitter profilində bildirilib.

Milli.Az