Sosial etiket insanlardan əhvalları pozulduqda belə bir-birinə xoş rəftar göstərməyi tələb edir.
Mehriban baxışı imitasiya edə bilməyənlər üçün hətta ən sərt mizantropu belə gülərüz edəcək AgensyGlass eynəyi icad ediblər.
Qacet Sukuba Universitetinin professoru Xirotako Osavo tərəfindən hazırlanıb. Süni gözlər göz qırpa bilir, insanları baxışları ilə təqib edə bilir, qıyıla bilir. Osava qeyd edir ki, o, ünsiyyət qurmaqda çətinlik çəkən insanlara yardım edir - eynək gözləri gizlətməyə imkan verir. Bu isə əsəbi insanlarda inam və rahatlıq yaradır.
AgensyGlass eynəyinin köməyi ilə yuxu amilini gizlətmək olar. Mühazirə zamanı yuxulamaq arzusunda olan tələbə, virtual gözlərini professora dikəcək.
Eynəkdə hiroskop, akselerometr, kamera və mikrofondan istifadə edilir. Smartfonla bluetooth vasitəsi ilə əlaqə yaradılır. Bu sensorların sayəsində OLED-displeylərdə əks edilən gözün davranışı eynəyi geyən insanın hərəkətləri ilə uyğunlaşdırılır.
Oxu.az