Axtarış
Başqa şəhərlərdə
Dünyanın ən böyük dovşanının fotoları yayımlanıb. Darius adlı dovşan 21 kiloqram ağırlığı və nəhəng ölçüsüylə hər kəsi heyrətə salıb. Ginnesin Rekordlar Kitabına görə dünyanın ən böyük dovşanı olan Darius ildə 4 mindən çox kök yeyir. Dovşanın sahibi Annette Edvards dovşanın illik kök xərci üçün 2 min ingilis funt sterlinqi (2600 AZN) xərləyir. Dovşanı çətinliklə qucağına alan 6 yaşındakı qızcığazla dovşanın birlikdə görüntüləri sosial şəbəkələrdə insanların böyük marağına səbəb olub. Nəhəng dovşan eynilə bir ev iti kimi yaşayır. Sahibiylə birlikdə televizor seyr edir. Darius az qala bütün gün kök yeyir. İldə 4 mindən çox kök yeyən Darius 1 gündə 12 kök, kələm və alma istehlak edir. Ətrafdan onu görən insanlar təəccüblərini gizlədə bilmir. Hətta bəzi insanlar bu dovşanın itdən də böyük olduğunu düşünürlər. ANS PRESS
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.