Axtarış
Başqa şəhərlərdə
17 ildən artıqdır Türkiyədə yaşayan, Azərbaycan rəssamlıq sənətini illərdir xaricdə layiqli təmsil edərək bir çox sərgilərdə iştirak edən həmyerlimiz rəssam Emil Əziz Bakıda ilk fərdi sərgisini keçirəcək. ARTS COUNCİL AZERBAİJANın dəstəyi ilə baş tutacaq sərgi 3-7 may 2014-cü il tarixləri arasında Səttar Bəhlulzadə adına 1969 qalereyasında keçiriləcək. "Səmanın rəngləri" adlı fərdi sərgidə əsəsən rəssamın müasir cizgilərlə milliliyin vəhdətini təşkil edən əsərləri sərgilənəcək. Emil Əziz müasir Azərbaycan qadınının obrazını dəblə birləşdirərək kətan üzərində əks etdirir. Emil rənglərdən cəsarətlə istifadə edərək əsərlərini bu tərzdə yaradan ilk Azərbaycanlı rəssamdır. Rəssamın əsərləri bir çox dünyaca məşhur sənət qalerealarında nümayiş olunub. Emilin dünya dəb industriyasının dahisi Vivienne Westwoodun da yer aldığı əsəri dizaynerin də marağına səbəb olub.Qeyd edək ki, sözügedən əsər də Bakıdakı sərgidə nümayiş olunacaq. Rəsmlərində ilk növbədə qadın gözəlliyi, fantaziya, ironiya və realizmi göstərən Emil Əziz Bakıda keçiriləcək sərgidən sonra həmin əsərləri Türkiyə və digər Avropa ölkələrində də sərgiləmək fikrindədir. Rəsmlərində milli koloriti qoruması ilə yanaşı modern qadın obrazını canlandıran rəssamın ölkəmizdəki ilk sərgisinin media partnyoru Boutique Baku dərgisidir.publika.az
Oktyabrın 22-də Azərbaycan Milli Xalça Muzeyində geyim mədəniyyətimizin, folklor və milli ənənələrimizin gözəl bilicisi, Xalq rəssamı Bədurə Əfqanlının həyat və yaradıcılığına həsr olunmuş retrospektiv sərginin açılışı olub.
Misir Parlamentinin spikeri Əli Əbdül-Al, Parlamentin I vitse spikeri Seyyid Mahmud Şərifi Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyi ilə əlaqədar medalla təltif olunması münasibətilə təbrik edib.
Polşanın paytaxtı Varşavada hər il ənənəvi olaraq keçirilən ərzaq yarmarkası növbəti dəfə təşkil olunub.
Oktyabrın 22-də Azərbaycan Milli Xalça Muzeyində geyim mədəniyyətimizin, folklor və ənənələrimizin gözəl bilicisi, Xalq rəssamı Bədurə Əfqanlının həyat və yaradıcılığına həsr edilmiş retrospektiv sərginin açılışı olacaq.
Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr edilən Qazaxıstanın tanınmış dövlət və ictimai xadimi, türkoloq, alim və ədəbiyyatşünas Mırzatay Joldasbekovun “Qorqud ata” və “Böyük Çöl ədəbiyyatı” kitablarının təqdimat mərasimi olub.