Dünyanın ən hündür binasının tikintisi başlayır – Foto
21.4.2014

Dünyanın ən hündür binası yenə də ərəb sərmayəsinin gücü hesabına tikiləcək.

Səudiyyə Ərbistanının Ciddə şəhərində tikilməsi planlaşdırılan “Krallıq Qülləsi”nin yüksəkliyi 1 km olacaq.

200 mərtəbə olması planlaşdırılan binanın smeta dəyəri 1.23 milyard dollardır və tikintidə 80 000 ton (80 milyon kq) poladdan istifadə olunacaq.

Göydələnin tikintisini “Əl Qaidə”nin keçmiş lideri Üsamə bin Ladenin atasına aid “Laden Group” üstlənib.

Binanın tikilməsinin məqsədi ölkənin siyasi və iqtisadi istiqrarını göstərmək, yəni əzələ nümayişidir.










Gün.Az