Modanı təqib edən xanımlar yaxşı bilir
ki, yaz və yay aylarında ağ rəngli cinslər dəbə minir. Ağ cinslər yaz
qarderobunun əvəzolunmaz geyimidir. Son illərdə isə qış qarderobuna da
daxil ola bilib. Publika.Az-ın qadın bölməsi isə bu gün ağ cinsləri
düzgün geyinməyin yollarını izah edib.
Nə çox incə, nə çox dar
Hər şeydən əvvəl şalvarın materialına fikir verin. Parçası çox nazik
olmamalıdır. Çünki nazik parçadan tikilən ağ şalvar alt
paltarın görünməsinə səbəb ola bilər. Qalın parçadan tikilən cinslərə
müraciət edin.
Mavi cins köynək
Mavi rəngli cinslə ağ şalvarın uyğunluğuna söz ola bilməz. Zəhmət
çəkmədən mükəmməl görünmək istəyənlər, bu sintezə müraciət edə bilər. Ağ
şalvarı mavi tonlarda naxışlı, ya da tək rəng oxford köynəkləri ilə
geyinə bilərsiniz. Ağ şalvarları cins pencəklə də tamamlaya bilərsiniz.
Uzun və bol kəsimli köynək
Ağ şalvarları uzun və bol kəsimli köynəklə də uyğunlaşdıra
bilərsiniz. Köynək bol kəsimli olduğu üçün altına asqılı bluz ya da şərf
kimi aksessuarlar geyinə bilərsiniz.
Blyezer (pencek)
Bleyzerlə ağ şalvarın eleqantlığndan danışmağa gərək yoxdur. Mövsümün
trend rənglərindən ilham alıb ağ şalvarı incə çəhrayı ilə birləşdirə
bilərsiniz. Gözəl yaz günlərində əlvan rəngləri təcrübədən keçirməkdən
çəkinməyin.
Rəngli stilettolar
Ağ şalvarla rəngli stiletto üslubunun incələyinə şübhə ola bilməz. Ağ
şalvar və rəngli stiletto risk deyil, incə zövqün birləşməsidir.
Boyunuzun qısa görünməsindən çəkinirsinizsə, ağ rəng stiletto ilə
tamamlaya bilərsiniz.
Breton bluzla (breton -zolaqlı)
Zolaqlı köynək ağ rəngli şalvarla əla qalır. Üst hissədə zolaqların nazik olmasına fikir verin.
publika.az