Azərbaycan hökuməti yay və qış vaxtlarına keçidin ləğvi məsələsinə
baxmır. Bu barədə çərşənbə günü Nazirlər Kabinetindən məlumat verilib.
"Hazırda bu məsələ ilə bağlı konkret işlər görülmür, hansısa müzakirələr aparılmır", - hökumətdən bildirilib.
Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı əsasında 17
mart 1997-ci ildən həyata keçirilir. Nazirlər Kabinetinin qərarına
əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir
və saatlar bir saat qabağa çəkilir, oktyabrın son bazar gününə keçən
gecə isə qış vaxtına keçir və saatlar bir saat geri çəkilir.
Bu qərarın həyata keçirilməsinə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir.
Trend