Günün qoroskopu
22.4.2014

Qoç - bu gün görüləsi işləri başa vurmaq üçün səy göstərin. Məqsədlərinizə çatmağa çalışın. Çətin işlərin öhdəsindən gəlməyə intuisiya yardım edəcək. Yaxın ətrafınızdakı insanlardan dəstək alacaqsınız. Bilik, bacarıq və məlumatları artırmaq üçün münasib zamandır. Təxəyyülü işə salmaqdan çəkinməyin.
Qısamüddətli səfərin nəticəsi qənaətbəxş olacaq. Axşam saatlarını xoş məclisdə, dostların yanında keçirməyə çalışın. Ailə üzvlərindən biri ilə bağlı yaxşı xəbər alacaqsınız.
 
Buğa - müsbət təmayüllərin təsiri güclü olduğundan gün pis keçməyəcək. Yei layihəyə və ya işə başlamaq olar. Maraqlı tanışlıqlar istisna deyil. Dostluq təmaslarını romantik münasibətlərə çevirməyin.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətli olun, iradəli davranın.
Günün ikinci yarısında birgə layihəyə qatılmaq, əməkdaşlıqdan yararlanmaq olar. Gözlənilməz gəlirlər istisna deyil. Münasibətlərinizin sərinləşdiyi yaxınlardan və ya qohumlardan biri ilə əlaqələri bərpa edə bilərsiniz.
 
Əkizlər - asan, rahat gün olmayacaq. Məqsədə çatmaq üçün çoxsaylı maneələrlə ciddi səyləri dəf etməli olacaqsınız. Üstəlik, maliyyə fonu uğursuzdur. Xərclər artacaq, gəlirlər azalacaq. Sizə yardım vəd edən insanlar sözlərinin üstündə durmayacaqlar və nəticədə münasibətlərdə sərinləşmə olacaq.
Günün ikinci yarısında önəmli işlə məşğul olmaq, ciddi sonuclara malik qərarlar vermək əlverişli deyil. Ehtiyatlı olun. Travma riski var.
 
Xərçəng - çoxsaylı xırda işlər maraqlı və önəmli məsələnin həllinə mane olmamalıdır. Xoşlanmadığınız, sizdə ikrah doğuran insanla söhbətə çox vaxt sərf etməli olacaqsınız. Sonra isə münasibətlərə aydınlıq gətirmək zərurəti yaranacaq.
Bütün bunlar təbii ki, əhvalınızı yaxşılaşdırmayacaq.
Ailə üzvləri ilə ünsiyyətdə ifrat tələbkarlıq nümayiş etdirərək gərginlik yaratmayın.
Günün ikinci yarısında alış-verişdə çox pul xərcləməyin. Yeni işgüzar münasibətlər yaratmaq, kommersiya fəaliyyətindən gəlir əldə etmək cəhdləri yaxşı nəticə verməyəcək.
Axşam saatlarında yaşam potensialının səviyyəsi yüksək olacaq. Səhhətinizdə problemlər yaranmayacaq.
 
Şir - işlər istədiyiniz və ya planlaşdırdığınız təki deyil. Qətiyyətli, iradəli, soyuqqanlı olun. Mənfi təmayüllərin öhdəsindən gəlməyə çalışın Yaxın ətrafınızdakı bəzi adamlarla dil tapmaq çətinləşəcək. Dostların və ya qohumların yanında olsanız belə, özünüzü tənha hiss edəcəksiniz.
Günün ikinci yarısında sevdiyiniz insan dadınıza çatacaq. O, əhvalınızı yaxşılaşdırmaq üçün əlinizdən gələni edəcək, problemlərin həllində yardımçı olacaq.
Axşam saatlarında maraqlı söhbət və mükalimə istisna deyil.
 
Qız - əvvəl başladığınız işi davam etdirin. Doğru yoldasınız. Uğurlu nəticəyə çox qalmayıb. Yeni işə də başlamaq olar. Bir şərtlə ki, bütün planları yaxşı fikirləşəsiniz və onları tərəfdaşlarla, müttəfiqlərlə razılaşdırasınız. Maraqlı tanışlıqlar, faydalı görüşlər istisna deyil. Sizinlə ünsiyyətdə olan insanlarda özünüzlə bağlı müsbət rəy yaratmağa çalışın.
Günün ikinci yarısında yardım və ya dəstək üçün müraciət edəcəyiniz insan sizə kömək edəcək. Fəndgir, təşəbbüskar, orijinal olun. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin. Axşam saatlarında əhvalınızı pozmayın.
Səhhətinizdə kiçik problemlər yarana bilər.
 
Tərəzi - bu günün hadisələri sizə dərs olacaq. Karınıza gələcək təcrübə əldə edəcəksiniz. Yenilik və novasiyalardan xəbərdar olmaq üçün əlinizdən gələni edin. Başqalarının səhvlərini müşahidə və təhlil edin. Ciddi yanlışlıqlara yol verməməyə çalışın. Şəxsi münasibətlər, yaşamla bağlı önəmli qərarlar qəbul etmək olar. Nə istədiyinizi dəqiq bilin. Kimsəyə imkan verməyin ki, sizində manipulyasiya etsin.
Günün ikinci yarısında yeni iş təklifi alacaqsınız. Qarşınızda maraqlı, cazibədar perspektivlər yaranır. Çətin anda bel bağlaya biləcəyiniz insanlarla tanış ola bilərsiniz.
 
Əqrəb - dostlarla ünsiyyət, ailəvi tədbirlər, qeyri-formal şəraitdə həmkarlarla görüş üçün əlverişli zamandır. Ev işlərinin və məişət qayğılarının öhdəsindən yaxşı gələcəksiniz. Kiçik uğurlarla kifayətlənməyin. Yaşam və fəaliyyət arealında dəyişikliklər, işdə yeniliklər dövrü çatıb.
Günün ikinci yarısında nəyisə dəyişmək istəyirsinizsə, təşəbbüskar olun. Maliyyə məsələlərinin həllini isə bir qədər ertələyin. Pullara başdansovdu yanaşmayın, bədxərclik etməyin.
Axşam saatlarını özünüzə həsr edin.
 
Oxatan - başladığınız işləri uğurla başa vura bilərsiniz. Hətta ən çətin işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Bir qədər əvvəl əldə etdiyiniz məlumatlar, əxz etdiyiniz təcrübə, habelə çoxdankı tanışlıqlar karınıza gələcək. Bir zamanlar sizə kömək etmiş insanlar indi də yardımlarını əsirgəməməyə hazırdırlar. Qəfil gəlir və ya hədiyyə istisna deyil.
Günün ikinci yarısında peşəkar fəaliyyət sahəniz və ya işinizlə bağlı xoş xəbər alacaqsınız. Karyera pilləkənində yüksəliş, rəqibləri və bədxahları üstələmək şansları yaranır.
 
Oğlaq - uğura nail olmaq üçün müstəqil və muxtar şəkildə fəaliyyət göstərməyiniz gərəkdir. Fəqət çalışmaq üçün belə azadlığı tezliklə əldə etməyəcəksiniz. Yaxın ətrafınızdakı insanlar tez-tez, israrlı şəkildə işlərinizə qarışırlar. Onların arasında sizə yaxın adamlarla yanaşı, indiyədək sizinlə əsla maraqlanmayan adamlar da var.
Yeni ideyaları vaxtında reallaşdırmaq asan deyil. Onları unutmayın və bir qədər sonra bəzilərini həyata keçirməyə başlayın.
Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisi, maliyyə məsələləri ilə məşğul olmaq mümkündür. Şəxsi münasibətləri saf-çürük etməyə çalışmayın.
Bu barədə fikir yürütməyin, çünki iradlarınız ətrafınızdakı insanlara sərt və aqressiv təsir bağışlaya bilər.
 
Dolça - mühüm işlə məşğul olmaq istəyirsinizsə, diqqətli və sayıq olun. Yaxın ətrafınızdakı insanların nə dediklərinin fərqinə varmadan dürüst hesab etdiyiniz istiqamətdə irəliləyin. Əks təqdirdə vaxtınız və səyləriniz hədər gedəcək.
Günün ilk yarısı maliyyə məsələlərinin həlli üçün əlverişlidir. Anlaşmalar, sövdələşmələr, danışıqlar və müzakirələr üçün yaxşı vaxtdır. Alış-veriş etmək olar.
Günün ikinci yarısında nəzərdə tutulmamış səfər və ya səyahət ola bilər. Sonuc sizi razı salacaq.
Yaxınlarınızla təmaslar sizdən səbr və təmkin tələb edir. Ətrafınızda müstəqil, bir qədər eqoizmə meylli insanlar var.
Axşam saatlarında nikbin, gülərüz, şən olsanız, pis deyil.
 
Balıqlar - narahat, gərgin gündür. Yaşanan olayların hamısını ürəyinizə salmayın. Kiçik problemlər və anlaşılmazlıqlar əhvalınızı korlaya bilər. Özünüzə qapılmayın. Yaxınlarınız sizə yardım etmək üçün əllərindən gələni edəcəklər. Bu insanlardan kənar durmayın, ünsiyyətdən yayınmayın.
Yaşamınızda nəyisə dəyişmək istəyirsinizsə kiçik işlərdən başlayın. Uğura dərhal, sürətlə nail olacağınızı düşünməyin.
Günün ikinci yarısı bilik və bacarıqların artırılması, informasiya imkanlarının genişləndirilməsi üçün münasibdir. Səhər saatlarında mənfi olan emosional fon axşam saatlarına yaxın stabilləşəcək.
Əhvalınız yaxşılaşacaq.

Milli.Az