Qoç - bu gün görüləsi işləri başa vurmaq üçün səy
göstərin. Məqsədlərinizə çatmağa çalışın. Çətin işlərin öhdəsindən
gəlməyə intuisiya yardım edəcək. Yaxın ətrafınızdakı insanlardan dəstək
alacaqsınız. Bilik, bacarıq və məlumatları artırmaq üçün münasib
zamandır. Təxəyyülü işə salmaqdan çəkinməyin.
Qısamüddətli
səfərin nəticəsi qənaətbəxş olacaq. Axşam saatlarını xoş məclisdə,
dostların yanında keçirməyə çalışın. Ailə üzvlərindən biri ilə bağlı
yaxşı xəbər alacaqsınız.
Buğa -
müsbət təmayüllərin təsiri güclü olduğundan gün pis keçməyəcək. Yei
layihəyə və ya işə başlamaq olar. Maraqlı tanışlıqlar istisna deyil.
Dostluq təmaslarını romantik münasibətlərə çevirməyin.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətli olun, iradəli davranın.
Günün
ikinci yarısında birgə layihəyə qatılmaq, əməkdaşlıqdan yararlanmaq
olar. Gözlənilməz gəlirlər istisna deyil. Münasibətlərinizin
sərinləşdiyi yaxınlardan və ya qohumlardan biri ilə əlaqələri bərpa edə
bilərsiniz.
Əkizlər
- asan, rahat gün olmayacaq. Məqsədə çatmaq üçün çoxsaylı maneələrlə
ciddi səyləri dəf etməli olacaqsınız. Üstəlik, maliyyə fonu uğursuzdur.
Xərclər artacaq, gəlirlər azalacaq. Sizə yardım vəd edən insanlar
sözlərinin üstündə durmayacaqlar və nəticədə münasibətlərdə sərinləşmə
olacaq.
Günün ikinci yarısında önəmli işlə məşğul olmaq,
ciddi sonuclara malik qərarlar vermək əlverişli deyil. Ehtiyatlı olun.
Travma riski var.
Xərçəng -
çoxsaylı xırda işlər maraqlı və önəmli məsələnin həllinə mane
olmamalıdır. Xoşlanmadığınız, sizdə ikrah doğuran insanla söhbətə çox
vaxt sərf etməli olacaqsınız. Sonra isə münasibətlərə aydınlıq gətirmək
zərurəti yaranacaq.
Bütün bunlar təbii ki, əhvalınızı yaxşılaşdırmayacaq.
Ailə üzvləri ilə ünsiyyətdə ifrat tələbkarlıq nümayiş etdirərək gərginlik yaratmayın.
Günün
ikinci yarısında alış-verişdə çox pul xərcləməyin. Yeni işgüzar
münasibətlər yaratmaq, kommersiya fəaliyyətindən gəlir əldə etmək
cəhdləri yaxşı nəticə verməyəcək.
Axşam saatlarında yaşam potensialının səviyyəsi yüksək olacaq. Səhhətinizdə problemlər yaranmayacaq.
Şir
- işlər istədiyiniz və ya planlaşdırdığınız təki deyil. Qətiyyətli,
iradəli, soyuqqanlı olun. Mənfi təmayüllərin öhdəsindən gəlməyə çalışın
Yaxın ətrafınızdakı bəzi adamlarla dil tapmaq çətinləşəcək. Dostların və
ya qohumların yanında olsanız belə, özünüzü tənha hiss edəcəksiniz.
Günün
ikinci yarısında sevdiyiniz insan dadınıza çatacaq. O, əhvalınızı
yaxşılaşdırmaq üçün əlinizdən gələni edəcək, problemlərin həllində
yardımçı olacaq.
Axşam saatlarında maraqlı söhbət və mükalimə istisna deyil.
Qız
- əvvəl başladığınız işi davam etdirin. Doğru yoldasınız. Uğurlu
nəticəyə çox qalmayıb. Yeni işə də başlamaq olar. Bir şərtlə ki, bütün
planları yaxşı fikirləşəsiniz və onları tərəfdaşlarla, müttəfiqlərlə
razılaşdırasınız. Maraqlı tanışlıqlar, faydalı görüşlər istisna deyil.
Sizinlə ünsiyyətdə olan insanlarda özünüzlə bağlı müsbət rəy yaratmağa
çalışın.
Günün ikinci yarısında yardım və ya dəstək üçün
müraciət edəcəyiniz insan sizə kömək edəcək. Fəndgir, təşəbbüskar,
orijinal olun. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin.
Axşam saatlarında əhvalınızı pozmayın.
Səhhətinizdə kiçik problemlər yarana bilər.
Tərəzi
- bu günün hadisələri sizə dərs olacaq. Karınıza gələcək təcrübə əldə
edəcəksiniz. Yenilik və novasiyalardan xəbərdar olmaq üçün əlinizdən
gələni edin. Başqalarının səhvlərini müşahidə və təhlil edin. Ciddi
yanlışlıqlara yol verməməyə çalışın. Şəxsi münasibətlər, yaşamla bağlı
önəmli qərarlar qəbul etmək olar. Nə istədiyinizi dəqiq bilin. Kimsəyə
imkan verməyin ki, sizində manipulyasiya etsin.
Günün ikinci
yarısında yeni iş təklifi alacaqsınız. Qarşınızda maraqlı, cazibədar
perspektivlər yaranır. Çətin anda bel bağlaya biləcəyiniz insanlarla
tanış ola bilərsiniz.
Əqrəb -
dostlarla ünsiyyət, ailəvi tədbirlər, qeyri-formal şəraitdə həmkarlarla
görüş üçün əlverişli zamandır. Ev işlərinin və məişət qayğılarının
öhdəsindən yaxşı gələcəksiniz. Kiçik uğurlarla kifayətlənməyin. Yaşam və
fəaliyyət arealında dəyişikliklər, işdə yeniliklər dövrü çatıb.
Günün
ikinci yarısında nəyisə dəyişmək istəyirsinizsə, təşəbbüskar olun.
Maliyyə məsələlərinin həllini isə bir qədər ertələyin. Pullara
başdansovdu yanaşmayın, bədxərclik etməyin.
Axşam saatlarını özünüzə həsr edin.
Oxatan
- başladığınız işləri uğurla başa vura bilərsiniz. Hətta ən çətin
işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Bir qədər əvvəl əldə
etdiyiniz məlumatlar, əxz etdiyiniz təcrübə, habelə çoxdankı tanışlıqlar
karınıza gələcək. Bir zamanlar sizə kömək etmiş insanlar indi də
yardımlarını əsirgəməməyə hazırdırlar. Qəfil gəlir və ya hədiyyə istisna
deyil.
Günün ikinci yarısında peşəkar fəaliyyət sahəniz və
ya işinizlə bağlı xoş xəbər alacaqsınız. Karyera pilləkənində yüksəliş,
rəqibləri və bədxahları üstələmək şansları yaranır.
Oğlaq -
uğura nail olmaq üçün müstəqil və muxtar şəkildə fəaliyyət
göstərməyiniz gərəkdir. Fəqət çalışmaq üçün belə azadlığı tezliklə əldə
etməyəcəksiniz. Yaxın ətrafınızdakı insanlar tez-tez, israrlı şəkildə
işlərinizə qarışırlar. Onların arasında sizə yaxın adamlarla yanaşı,
indiyədək sizinlə əsla maraqlanmayan adamlar da var.
Yeni ideyaları vaxtında reallaşdırmaq asan deyil. Onları unutmayın və bir qədər sonra bəzilərini həyata keçirməyə başlayın.
Günün
ikinci yarısında peşəkar fəaliyyət müstəvisi, maliyyə məsələləri ilə
məşğul olmaq mümkündür. Şəxsi münasibətləri saf-çürük etməyə çalışmayın.
Bu barədə fikir yürütməyin, çünki iradlarınız ətrafınızdakı insanlara sərt və aqressiv təsir bağışlaya bilər.
Dolça
- mühüm işlə məşğul olmaq istəyirsinizsə, diqqətli və sayıq olun. Yaxın
ətrafınızdakı insanların nə dediklərinin fərqinə varmadan dürüst hesab
etdiyiniz istiqamətdə irəliləyin. Əks təqdirdə vaxtınız və səyləriniz
hədər gedəcək.
Günün ilk yarısı maliyyə məsələlərinin həlli
üçün əlverişlidir. Anlaşmalar, sövdələşmələr, danışıqlar və müzakirələr
üçün yaxşı vaxtdır. Alış-veriş etmək olar.
Günün ikinci yarısında nəzərdə tutulmamış səfər və ya səyahət ola bilər. Sonuc sizi razı salacaq.
Yaxınlarınızla təmaslar sizdən səbr və təmkin tələb edir. Ətrafınızda müstəqil, bir qədər eqoizmə meylli insanlar var.
Axşam saatlarında nikbin, gülərüz, şən olsanız, pis deyil.
Balıqlar
- narahat, gərgin gündür. Yaşanan olayların hamısını ürəyinizə
salmayın. Kiçik problemlər və anlaşılmazlıqlar əhvalınızı korlaya bilər.
Özünüzə qapılmayın. Yaxınlarınız sizə yardım etmək üçün əllərindən
gələni edəcəklər. Bu insanlardan kənar durmayın, ünsiyyətdən yayınmayın.
Yaşamınızda nəyisə dəyişmək istəyirsinizsə kiçik işlərdən başlayın. Uğura dərhal, sürətlə nail olacağınızı düşünməyin.
Günün
ikinci yarısı bilik və bacarıqların artırılması, informasiya
imkanlarının genişləndirilməsi üçün münasibdir. Səhər saatlarında mənfi
olan emosional fon axşam saatlarına yaxın stabilləşəcək.
Əhvalınız yaxşılaşacaq.
Milli.Az