Qoç - günün uğurlu olması üçün xeyli səy
göstərməli olacaqsınız. İntellektual potensial səviyyəsi yüksəkdir.
Yanınızdakı insanlardan fərqli olaraq mürəkkəb məsələlərin öhdəsindən
daha uğurla gələcəksiniz. Fəndgir, bacarıqlı olun. Yeni və faydalı iş,
layihəyə başlamaq olar.
Günün ikinci yarısında aktiv olun.
Əla formada olduğunuzdan ağır fiziki iş də sizi ifrat dərəcədə
yormayacaq. Dəvət aldığınız tədbirə qatılarkən özünüz barədə xoş
təəssürat yaratmağa çalışın. Qayğıkeş və səmimi davranın.
Buğa
- günün ilk yarısını mühüm işlərə sərf edin. Vaxtdan maksimal dərəcədə
effektiv yararlanmağa çalışın. Yaşlı qohumlarla ünsiyyət faydalı və xoş
olacaq. Ailə üzvləri ilə birlikdə istirahət və ya gəzinti əhvalınızı
yaxşılaşdıracaq. Axşam saatları yaxınlaşdıqca müsbət təmayüllərin təsiri
azalacaq. Kiçik problemlər və xoşagəlməz situasiyalar yaranacaq.
Əvvəlcədən
hazırladığınız bəzi planlardan imtina etməli, cari işlərlə məşğul olmaq
üçün xoş görüşü ertələməli olacaqsınız. Dövlət qurumlarının mənsubları
ilə danışıqlar arzuolunmazdır. Sənədlərlə iş zamanı problemlər yarana
bilər.
Əkizlər - gün
çətinliklər vəd edir. Problemlərin öhdəsindən tezliklə gəlin, nikbinliyi
itirməyin. Çətin situsiyaya düşsəniz, sizə yardım edə biləcək insanı
tapın. Tərəfdaş və ya müttəfiqlə çalışanda fəal olun.
Ciddi romantik münasibətlər üçün əlverişli zaman deyil. Yaxın gələcəklə bağlı planları qurmaq olar.
Günün
ikinci yarısı alış-veriş, sövdələşmə və anlaşmalar üçün əlverişlidir.
Kommersiya və ya ticarət sahələrində işləyənlər üçün uğurlu gündür.
Axşam saatlarında sizdən kömək istəyən insanın müraciətini qulaqardına
vurmayın.
Dost və ya ailə üzvləri üçün faydalı nə isə etməyə çalışın.
Xərçəng
- asan və sadə gün deyil. Tələskənlik edərək əlavə problemlər
yaratmayın. Qarşınıza qoyduğunuz məqsədlərə doğru asan, sadə yollarla
getməyə çalışaraq yanlışlıqlara yol verməyin. Ötənlərdə yaşanmış
xoşagəlməz hadisələri yada salın, səhvlərinizi təhlil edin. Belə
addımların təkrarlanmaması üçün yolları arayın.
Özünüzü ifrat dərəcədə suçlamayın.
Günün
ikinci yarısında bir qədər rahatlaşın. Nikbin olun, bədbin fikirlərə
qapılmayın. Dostlarla görüşmək, evdə kiçik bayram təşkil etmək, dəyər
verdiyiniz insanları hədiyyələrlə sevindirmək olar.
Bütün bunlar sizə xoş emosiyalar verəcək.
Şir -
aktiv çalışmaqla yanaşı, istirahət etməyi də unutmasanız, gün xoş
keçəcək. Ağır fiziki işlə məşğul olmayın. Yorucu və məşəqqətli işi
təxirə salmağa tələsməyin. Həmin işi sizdən başqa kimsə görməyəcək.
Rəğbət bəslədiyiniz insanlarla təmasda olun. Hədəf dəyişdirməyin.
Yaxın gələcəklə bağlı planları nəzərdən keçirmək olar.
Günün
ikinci yarısında maliyyə durumu əlverişli deyil. Gözlədiyiniz gəlir
olmayacaq və ya gecikəcək. İtkilər istisna deyil. Planlaşdırdığınız
alış-verişi və ya əyləncəni təxirə salın.
Yaşlı qohumlarla mübahisələr, fikir ayrılıqları ola bilər.
Təmkinli, soyuqqanlı davranın.
Qız
- çətin və mürəkkəb məsələlərin öhdəsindən vaxtında gələcəksiniz. Adi
günlərdən fərqli olaraq aktiv çalışın. İntuisiya sizə yol göstərəcək.
Əvvəllər qazandığınız təcrübə və əldə etdiyiniz bilgilər karınıza
gələcək. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə təmkinli, həssas
və sərvaxt olun.
Günün ikinci yarısında imic və dizayndan
tutmuş, kulinariyaya qədər eksperimentlər edə bilərsiniz. Başladağınız
işlərdə sürət tempinə riayət edin. Yardımçılarınız olacaq. Yeni dostlar
tapmaq çətin deyil. Romantik görüş ola bilər.
Tərəzi
- daxili sədlərlə maneələri dəf edin, yaradıcılıq axtarışlarına məntiqi
sonluq verin. Qərarlarınızda dəqiq və anlamlı olun. Atacağınız
addımların fəsadlarını düşünün. Sakit olun, düşünüb-daşının. Ətrafınızda
emosiyalar tüğyan etsə də, soyuqqanlı qalın. Bu gün sizə məsləhət üçün
müraciət edəcəklər.
Günün ikinci yarısında münasibətlərdə
tələsik qərar verməyin. Dəyərsiz və mənasız söhbətlərə qatılmayın,
yalançı insanlarla təmaslar qurmayın. Yaşamınızda əhəmiyyətli
dəyişikliklər başlana bilər.
Əqrəb
- yaradıcılıq və problemlərin standart olmayan həll yollarının
reallaşdırılması üçün əlverişli zamandır. Yarımçıq qalan işləri başa
vurun. Orijinal ideyanı gerçəkləşdirsəniz, maliyyə durumunuzu
yaxşılaşdırmış olacaqsınız.
Yaxınlarınızla istədiyiniz qədər vaxt keçirə bilməyəcəksiniz.
Günün
ikinci yarısında sizə və həmfikirlərinizə sərfəli informasiyanı əldə
edə biləcəksiniz. Axşam saatlarına yaxın özünüzü detektiv kimi hiss
edəcəksiniz. Məkrli plan quran bədxahın sirlərini faş edərək çirkin
əməlinin qarşısını alacaqsınız.
Oxatan -
bir qədər darıxdırıcı və ya rutin təsir bağışlasa da, pis gün deyil.
Parlaq hadisələr, önəmli dəyişiklər istəsəniz də, belə olmayacaq. Ciddi
heç nə baş vermədiyindən təşəbbüskar olun. Ətalətdə qalan olaylara təkan
verin. Şəxsi münasibətlərdə və peşəkar fəaliyyət müstəvisində aktiv
olun. Yaxın ətraıfınızdakı insanlar ideyalarınıza rəğbətlə yanaşacaqlar.
Qeyri-adi,
sınanmamış, yoxlanmamış nəsnələrə maraq artır. Ağıllı, qeyri-standart
insanlarla ünsiyyət qurun. Gözlənilməz hədiyyələr, xoş diqqət izharları
istisna deyil.
Oğlaq - dünyanı
dəyişməyə çalışmayın. Qarşınıza qoyduğunuz məqsəd və ya hədəfi
dəqiqləşdirin. İrəliləməkdə sizə yardım edə biləcək insanlarla
müzakirələrə başlayaraq əməkdaşlığın əsasını qoyun. Mühüm işlə məşğul
olun. Vaxt və diqqətinizi dəyərsiz, xırda işlərə sərf etməyin.
İşgüzar duyum güclü olacaq. Əhəmiyyətli məbləğdə pul qazana bilərsiniz.
Günün
ikinci yarısı alış-veriş üçün sərfəlidir. Ailənin bütün üzvlərinin
istifadə edə biləcəyi əşyanı almağı unutmayın. Çoxdan bəri həllini tələb
edən münaqişəni çözməyə başlayın.
Dolça -
ailə qayğıları, yaxınlarınızın rifahını düşünmək, sevdiyiniz insanları
sevindirmək üçün əlverişli gündür. Küsülüləri barışdırın, qəmliləri
şənləndirin, darıxanlara maraqlı iş təklif edin. Bununla yanşı,
başqalarının işləri ilə məşğul olaraq öz işlərinizi unutmayın.
Təxirəsalma və gecikmələr yolverilməzdir.
Günün ikinci yarısı
uzaqdan gəlmiş insanlarla ünsiyyət üçün münasib zamandır. Yeni
biliklər, informasiya, təcrübə və bacarıqların əxzini sürətləndirin.
Səfər, yaxud da səyahəti planlaşdırmaq olar.
Balıqlar -
yeni imkanlar və perspektivlər yaradan əla gündür. İşgüzar görüşlər
yaxşı keçəcək. Maliyyə ilə bağlı mühüm məsələləri gündəmə gətirərək
ortaq məxrəcə gəlmək olar. Liderlik məziyyətlərinizi nümayiş etdirin.
Həmfikir və tərəfdaşlarınızı ətrafınıza toplayaraq maraqlı,
genişmiqyaslı layihəni reallaşdırmaq olar.
Günün ikinci
yarısı ailə həyatında irəliləyiş üçün əlverişlidir. Yaşam potensialının
səviyyəsi yüksək olduğundan özünüzü yaxşı hiss edəcəksiniz. Enerjinizi
gərəkli istiqamətə yönəldin.
Milli.Az