Qırğızıstan paytaxtına xidmət göstərən “Bişkektrolleybus” şirkətində 22
ildən çox işləmiş Baxtıgül Yakıpova oğlu Atay üçün gəlini trolleybusla
gətirib.
“Manas” universitetində 5-ci kursda oxuyan
Atay öz qrup yoldaşı Maral ilə evlənib. Onlar toylarını Bişkekin
“Olimp” restoranında eləyiblər. Qrup yoldaşları ilə yaxşı yeyib-içdikdən
sonra bəy gəlini trolleybusla evinə aparıb. Trolleybus bunun üçün
xüsusi bəzədilib.
Qeyd edək ki, bir sıra Cənubi-Şərqi Asiya ölkələrində, o cümlədən Çinin
nəzarəti altında olan Uyğurustanda gəlini avtobusla aparmaq geniş
yayılıb, amma bunun trolleybusla gerçəkləşdirilməsi isə indiyə kimi
görünməmişdi.
ANS PRESS