Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə
23.4.2014

Türkiyədə aprelin 1-də qüvvəyə minən “ Əcnəbilər və beynəlxalq müdafiə haqqında” qanun Azərbaycan vətəndaşlarına da şamil ediləcək.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Yeni qaydalara əsasən, Türkiyəyə getmək istəyən xarici ölkə vətəndaşlarının pasportlarının müddətinin bitməsinə ən azı 60 gün qalmalıdır.

Etibarlılıq müddəti 60 gündən az olan pasportlara malik şəxslər ölkə ərazisinə daxil ola bilməyəcəklər.

Gün.Az