Bakıda “Düşünən daşlar” layihəsi reallaşdırılıb
23.4.2014

Bakıda “Düşünən daşlar” fərdi layihəsi həyata keçirilib.

Layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.

Layihənin keçirilməsində əsas məqsəd heykəltəraşlıq sənətini gənclər arasında inkişaf etdirmək, gənclərin bu sahəyə marağını daha da artırmaq, bu sənətlə məşğul olan gənclərin əl işlərinin sərgisini təşkil etmək və gəncləri mükafatlandırmaq olub.

Layihə çərçivəsində 50-yə yaxın gənc öz əl işlərini təqdim edib. Onlardan seçilən ən yaxşı işlərin sərgisi təşkil edilib. Tədbirin sonunda münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı I, II və III yer sahibləri sertifikat və mükafatlarla təltif olunublar.

Qeyd edək ki, layihədə iştirak etmiş iştirakçıların işlərinin kataloqunun hazırlanıb ictimaiyyətə təqdim olunması planlaşdırılır.

Gün.Az