Dəyişkən saç modelləri və kəsimləri kimi
saç rəngləri də hər il dəyişiklik göstərir. 2014-cü ildə dəyişən
trendlərə saç rənglərə də uyğunluq göstərir. Parlaq və göstərişli
tonların önə çıxdığı yeni mövsümdə ombre və balyajla yanaşı, tək rəng
saçlar da diqqət çəkir.
Təbii saç rəngləri - Saçın kökündən ucuna qədər eyni rəngə boyandığı
romantik rənglərdə, rəng keçidləri yer almır. Əlvan və parlaq rənglərlə
yanaşı təbii saç rəngləri bizi gözləyir.

Kül sarısı - Xüsusən də tanınmış model Kara Delevinge ilə ön plana
çıxan bu rəng 2014 ilinin ən çox dəbdə olan rənglərindən biri olduğunu
söyləyirsiniz. Kül sarısı qadınları zərif göstərən rəngdir. Saçınız
sarı, ya da açıq qumral rəngdədirsə, bu rəngə bir şans verə bilərsiniz.

Qızıl sarısı - 2014-ün önəmli saç rəngi trendlərindən biri də qızıl
sarısıdır. Karamel, açıq və qum rəngi tonlarının görüldüyü bu saç rəngi
solğun dərilərə parlaqlıq bəxş edəcək.

Platin sarısı - Poidumları adətən işğal edən platin sarısı saçlar
vamp və çəkici görkəmi ilə 2014-ün favorilərindən biridir. Platin
sarısı üz xətlərini ön plana çıxardaraq makiyajın daha çəkici
görünməsinə səbəb olur.

Təbii qəhvəyi - Təbii qəhvəyi tonlar və tünd şokolad rəngi mövsümün
trendləri arasında yer alıb. Saçınızı təbii qəhvəyi tonlarına boyamaq
istəyirsinizsə, Keyt Middletonun qəhvəyi tonlarındakı saçlarından ilham
ala bilərsiniz.

Kürən - Kürən saçın hər tonu bu il dəbdədir desəm, yanılmaram.
Xanımlar saçlarını təbii kürən rənglərindən zoğalı tonlarına qədər
boyaya bilərlər.

publika.az