Heydər Əliyev Mərkəzi nüfuzlu mükafata layiq görüldü
23.4.2014

London Dizayn Muzeyində bu gün yeddi kateqoriya üzrə “İlin dizaynı” nüfuzlu mükafatına layiq görülmüş 2014-cü ilin qalibləri elan edilib.

“Memarlıq” kateqoriyasında mükafatı Bakıda Heydər Əliyev Mərkəzi memarlıq layihəsinə görə Zaxa Hadid və Patrik Şumaxer alıb.

“İlin Dizaynı” mükafatı artıq yeddi ildir ki, mövcuddur.

Memarlıq, rəqəmsal texnologiya, moda, mebel, qrafik dizayn, əmtəə və nəqliyyat dizaynı nominasiyaları üzrə ən orijinal və ultra-müasir layihələr seçilir.

Bu il Zaxa Hadidi və Miuçça Prada kimi məşhur dünya dizayn ulduzları mükafata layiq görülüblər.

Qaliblərin siyahısını təqdim edirik:

Memarlıq: Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan.
Dizayn: Zaxa Hadidi və Patrik Şumaxer.

Rəqəmsal texnologiyalar: PEEK (PORTABLE EYE EXAMINATION KIT)
Dizaynerlər: Endryu Bastavrous, Stüart Cordan, Mario Cardini, İan Livinqston

Moda: PRADA S/S14
Dizayner: Miuçça Prada.

Mebel: PRO CHAIR FAMILY.
Dizayner: Konstantin Qrsik.

Qrafik Dizayn: DRONE SHADOWS.
Dizayner: Ceyms Braydl/booktwo.org.

Əmtəə: THE SEABOARD GRAND.
Dizayner: Roland Lamb və Honq Yuk Eom.

Nəqliyyat: XL1 CAR.
Dizayner: Volkswagen.

Oxu.az