Qoç - qarışıq, təzadlı, gərgin və mürəkkəb gündür.
Şərait heç də sizin üçün əlverişli şəkildə formalaşmır. Təslim olmayın,
geri çəkilməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.
İnandığınız, etibar etdiyiniz insanlar sizə yardım edəcəklər.
Yeni
tanışlara tam inanmaq, onlarla anlaşma və ya sifarişi müzakirə etməyə
dəyməz. Yalnız bütün şərtləri və nüansları müzakirə edəndən sonra işə
başlamaq olar.
Günün ikinci yarısında ezamiyyət və ya səfər
uğurlu alınacaq. Sevdiyiniz insanı sevindirmək şansları var. Yaşam
potensialının səviyyəsi yüksəkdir.
Səhhətinizdə problemlər yaranmayacaq.
Buğa
- çətin, qarışıq, laübəli gündür. Peşəkar fəaliyyətlə bağlı ciddi
məsələlərin həllini planlaşdırıbsınızsa, müşküllərlə qarşılaşa
bilərsiniz. İşgüzar fəaliyyət aktivliyinizi bir qədər azaldın. Nüfuzlu
insanlarla münasibətləri korlamamağa çalışın.
Böyük miqyaslı anlaşmalar və sövdələşmələrin müzakirəsi, habelə önəmli sənədlərin imzalanması üçün əlverişli zaman deyil.
Günün
ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri
artacaq. Qohumlar, dostunuz, sevdiyiniz insanla diqqətli, qayğıkeş olun.
Axşam saatlarında romantik görüş unudulmaz olacaq. Təxəyyülünüzü işə
salın.
Xoş xəbərlər ala bilərsiniz.
Əkizlər
- mənfi təmayüllərin təsiri güclü olsa da, ümumən pis gün deyil.
Peşəkar fəaliyyət müstəvisində mövqelərinizi möhkəmləndirə, daha səbatlı
edə bilərsiniz. İşdə həmkarlar və rəhbərliklə münasibətləri
normallaşdırın. Bilikləriniz, təcrübəniz, işgüzar bilikləriniz karınıza
gələ bilər.
Günün ikinci yarısında alış-veriş etmək olar.
Ailə üzvləri ilə münasibətlərdə həssas, qayğıkeş olun. Yaxınlarınız mövqelərinizi bölüşməsələr də, sayıq olun.
Şəxsi münasibətlər müstəvisində heç bir problem olmayacaq.
Xərçəng
- mürəkkəb, çətin, məsuliyyətli işin icrasına başlamaq olar.
Genişmiqyaslı layihənin həyata keçirilməsi istiqamətində ilk addımı
atın. Az sonra əsl dostlara çevriləcək yardımçı və həmfikir tapa
bilərsiniz.
Bilik və informasiya, təcrübə əldə etmək üçün yaxşı zamandır. Toplantı və ya seminara da qatıla bilərsiniz.
Gəlirlər olacaq, amma onların məbləği böyük deyil.
Günün ikinci yarısında yeni tanışlıq ehtimalı azdır. Çoxdan bəri tanıdığınız insanla ünsiyyət xoş emosiyalar bəxş edəcək.
Axşam saatlarında qəfil vizit ola bilər. Qonaq əliboş gəlməyəcək.
Şir
- işgüzar fəaliyyət üçün çox əlverişli gündür. Çoxsaylı insanlarla
təmasda olmağınız gərəkdirsə, narahat olmayın - problemlər yaranmayacaq.
Danışdığınız insanlarla dil tapmağa çalışın. Hətta bədxahlarla belə,
sakit və normal ünsiyyətdə olun.
Dövlət qurumlarına baş
çəkdiyiniz zaman çətinliklər yaranmayacaq. Sənədləşdirmənin öhdəsindən
gələcək, ağır maliyyə məsələlərini həll edəcəksiniz.
Günün
ikinci yarısında yaxınlarınızla ünsiyyətdə çətinliklər yarana bilər.
Səbəb isə onların sizinlə bağlı gözləntilərinin çox yüksək olmasıdır.
Dürüst davranış modelini müəyyənləşdirin.
Axşam saatları çox xoş keçəcək. Normal istirahət edin.
Qız -
işləri tamamlamaq və ya yeni işə başlamaq asan deyil. Çalışdığınız
yerdə problemlər yaranır. Rəhbərliklə fikir ayrılığı daha da ciddiləşir.
Yeni iş yerinin axtarışı ilə bağlı düşünə bilərsiniz. Günün ikinci
yarısına qədər heç bir ciddi addım atmayın.
Günorta saatları müsbət dəyişikliklər və yaxşı xəbərlər vəd edir.
Kiçik, amma ağrılı maliyyə itkiləri ola bilər.
Ailədə
pul və maliyyəyə görə mübahisələr olacaq. Stabilliyi bərpa etmək asan
deyil. Yaxınlarınızın sizə xeyli iradları var. Ona görə də istənilən
söhbət qarşılıqlı iddialara çevrilə bilər.
Tərəzi -
maraqlı, uğurlu, hadisələrlə zəngin gündür. Ciddi işə və ya
genişmiqyaslı layihəyə başlamaq üçün sərfəli zamandır. Daşınmaz əmlak,
nəqliyyat vasitəsi ala bilərsiniz. İşdə əhəmiyyətli uğura nail olmaq,
nüfuzlu insanların dəstəyini qazanmaq mümkündür. Yeni sahədə və ya
istiqamətdə özünüzü sınamaq istəyirsinizsə, tələsin. Bu gün başlasanız,
ilk qələbə özünü çox gözlətməyəcək.
Günün ikinci yarısında yeni tanışlıqlar olacaq. Romantik münasibətlər müsbət emosiyalar bəxş edəcək.
Ailə üzvləri ilə ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.
Əqrəb
- gün ərzində yaranacaq problemlərdən bəziləri ciddi olacaq.
Çətinliklərin həllinə aktiv və enerjili şəkildə başlayın. Situasiyanı
sürətlə, köklü şəkildə dəyişməyə başlayın. Yeni tanışlıq istisna deyil.
Onlardan bəziləri işgüzar fəaliyyət baxımından faydalı ola bilər.
Günün
ikinci yarısı fiziki fəaliyyət üçün əlverişlidir. Yaşam potensialının
səviyyəsi yüksəkdir. Bu səbəbdən ən ağır iş belə, sizdə ifrat yorğunluq
hissi yaratmayacaq.
İmiclə eksperimentlər uğurlu alına bilər.
Oxatan
- mübahisə və ya müzakirələrdə haqlı olduğunuzu sübut edin,
mövqelərinizi qoruyun. Rəqibləri üstələmək, onları məğlub etmək çətin
deyil. Maraqlı ideyalardan birinin reallaşdırılması gəlirlərinizi
əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
Günün ikinci
yarısı iş yerini dəyişmək üçün münasibdir. Evdə işlər adi günlərdən
fərqli olaraq daha çoxdur. Bəzi məişət problemlərini çözmək asan deyil.
Yaxınlarınız sizə yardım edəcəklər. Yetər ki, siz onlara müraciət
edəsiniz.
Səfər və ya gəzintidə maraqlı insanlarla tanış ola bilərsiniz.
Oğlaq
- səmimi, həssas, yardımlara hazır olsanız, işlərinizdə irəliləyiş
olacaq. Yaxın ətrafınızdakı insanlara dəstək olun. Bununla belə,
unutmayın ki, sizdən sui-istifadə etmək, yararlanmaq istəyənlər var.
Bədxah və məkrli insanın çirkli manipulyasiyalarının qurbanına çevrilməmək, tələyə düşməmək üçün əlaqələrdə diqqətli olun.
Günün
ikinci yarısı qısa səfər, habelə romantik səyahət üçün əlverişlidir.
Şəxsi münasibətlər üçün yaxşı zamandır. Maliyyə problemlərini axşam
saatlarına yaxın həll edəcəksiniz.
Dolça -
maraqlı görüşlər, ən müxtəlif səviyyədəki insanlarla ünsiyyət üçün
əlverişli zamandır. Sizə əsla bənzəməyən, fərqli xarakterlərə malik
insanlarla tanış ola bilərsiniz. Belə insanlarla dil tapmağınıza yaxın
ətrafınızdakı şəxslər təəccüblənəcəklər. Çox məhsuldar olacaq, yaxşı
gəlir verəcək əməkdaşlıq başlana bilər.
Günün ikinci
yarısında yaşlı qohumlarla təmaslarda olun. Onlar yaxşı məsləhətlər
verməklə yanaşı, dilədiyiniz köməyi göstərəcəklər. Ailə üzvləri ilə
istirahət xoş emosiyalar bəxş edəcək.
Balıqlar -
qarşınıza çətin məqsədlər qoyduğunuz üçün onlara çatmağın yollarını
müəyyənləşdirin. Narahat, nigaran olmayın, əndişəyə qapılmayın.
Tələskənlik etməyin, düşünülmüş addımlar atın. Spontan qərarlar
verməyin. Fəaliyyət planını nə qədər dəqiq hesablasanız, boşuna bir o
qədər az vaxt sərf edəcəksiniz.
İntuisiyanıza güvənin. Onun dedikləri ətrafınızdakı insanların məsləhətlərindən daha üstün və dəqiqdir.
Günün
ikinci yarısı rəsmi qurumların nümayəndələri ilə təmaslar,
sənədləşdirmə, dövlət təşkilatlarına baş çəkmək üçün münasibdir.
Məmurlarla müqayisədə yaxınlarınızla dil tapmaq çətindir. Münaqişəyə yol
verməmək üçün səy göstərin. Münasibətləri qoruyun.
Milli.Az