Təhsil naziri “Nə? Harada? Nə zaman?” oyunu barədə əmr imzalayıb
24.4.2014

Təhsil naziri Mikayıl Cabbarov “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə 2014-cü ildə regional məktəb çempionatının keçirilməsi barədə əmr imzalayıb.

Əmrə görə, oyun üzrə 2014-cü ilin regional məktəb çempionatının ictimai əsaslarla fəaliyyət göstərən Təşkilat Komitəsi yaradılsın və onun tərkibi təsdiq edilməlidir.

Təşkilat Komitəsi isə oyunun bu il regional məktəb çempionatının keçirilmə qaydalarını müəyyən etməlidir.

Həmçinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Gəncə Şəhər Təhsil İdarəsinin, rayon (şəhər) təhsil şöbələrinin müdirləri çempionatın keçirilmə qaydalarına ciddi əməl etməklə “Nə? Harada? Nə zaman?” oyunu üzrə 2014-cü ilin regional məktəb çempionatının keçirilməsini təmin etməlidirlər.

Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (H.Əliyev) çempionatın keçirilməsi üçün lazımi təşkilati işləri həyata keçirəcək.

İqtisadiyyat şöbəsi (R.Orucov) isə çempionatın keçirilməsi ilə bağlı tələb olunan xərclərin ödənilməsini öhdəsinə götürəcək.

İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və nazirliyin internet səhifəsində yerləşdirilməsini, əmr və əlavələrin çoxaldılaraq yerlərə göndərilməsini təmin edəcək.

Əmrin icrasına nəzarət isə nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Gün.Az