Azərbaycan “Avropa Çempionatı-2020” üçün sifariş kitabını təqdim edib – Foto
24.4.2014

AFFA sifariş kitabını UEFA-ya təqdim edib.

2020-ci ildə futbol üzrə Avropa Çempionatının keçirilməsi üçün AFFA tərəfindən Bakı şəhərinin namizədliyi irəli sürülüb.

Bununla bağlı 2013-cü il mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub.

Artıq AFFA tərəfindən sifariş kitabı hazırlanıb və təyin olunmuş vaxtdan əvvəl UEFA-ya təqdim olunub.

Xatırladaq ki, Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlər bu ilin sentyabrında müəyyənləşəcək.






Gün.Az