“People” jurnalı ilin ən gözəl qadınını seçib – Foto
24.4.2014

“People” jurnalı aktrisa Lupitu Nionqonu ilin ən gözəl qadını seçib.

Ənənəyə görə seçilən ulduzun fotosu jurnalın yeni buraxılışının üz qabığında yerləşdirilib.

Bu buraxılış planetin ən gözəl insanlarına həsr olunub.

Bu seçimə münasibət bildirən Nionqo qeyd edib ki, bu qərar səxavətli komplimentdir. Anası Darati də ona hər zaman gözəl olduğunu söyləyib. Nəhayət, Nionqo üzü də buna inandı.

Ümumilikdə, siyahıya 50 nəfər şou-biznes nümayəndəsinin adı daxil olub və onlar haqqında saytda qısa məlumat yerləşdirilib. “12 il köləlikdə” filmindəki roluna görə “Oskar”a layiq görülən aktrisadan əlavə “People 2014”ün siyahısına müğənni Pink, aktrisa Ember Xerd, model Molli Sima, həmçinin, aktrisa Kerri Vaşinqton da daxildir.

2013-cü ildə “People” jurnalında planetin ən gözəl xanımı adına Qvinet Peltrou layiq görülüb.

Gün.Az