Bu xanım şokoladlı yumurtalar yemək üzrə dünya rekordçusudur. O, 6 dəqiqə ərzində 50 "Creme Egg" yeyib.
ABŞ-ın Las-Veqas şəhərində yaşayan 28 yaşlı Miko Sudo fenomenal iştaha malikdir. 51 kq çəkisi olan bu xanım üç-dörd nəfərin naharını bir oturuma yeyə bilir.
Miko
Sudonun dediyinə görə, dünyanın müxtəlif ölkələrini dolaşır, çeşidli
şoulara qatılır və bu minvalla ayda 20 min dollara yaxın pul qazanır.
"Cəmi
6 dəqiqə 15 saniyəyə 50 "Cadbury Creme Egg" yedim. Bu, dünya rekordudur
və fəxr edirəm ki, kimsənin əldə etmədiyini nəticəyə nail oldum", -
Miki Sudo deyir.
50 şokoladlı yumurta kalori baxımından normal qadının 4 günlük qidasıdır.
Miki
Sudonun əvvəlki rekordları 10 dəqiqəyə 120 qızardılmış toyuq qanadının
yeyilməsi və ya 4,1 kq ağırlığında qızardılmış dana ətinin 9 dəqiqəyə
yeyilməsidir.
Las-Veqasdakı "Heart Attack Grill"də isə o,
nəhəng, 9983 kalorilik "Quadruple Bypass Burger"i yeyərək yeni dünya
rekordu vurmuş, 100 dollar və böyük hamburger qazanmışdı.
"Axşamlar
salat yeməyi sevirəm. 4 kələm, 2 avokado, bir xiyar, göy-göyərti,
doğranmış soğan, sarımsaq və qozu qarışdırıb salat hazırlayır, yeyirəm.
Tamahım pis deyil", - Miko Sudo deyib.






Milli.az