Fevralın 29-da 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirmişdir.
AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da millimiz İslandiya yığmasını qəbul etmişdir.
Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda millimiz 1:0 hesabı ilə qalib gəlmişdir. Millimizin heyətində Əli Gökdəmir fərqlənmişdir.
AzərTAc