Dnepropetrovsk-Bakı istiqamətində yeni aviareys açılır
25.4.2014

Ukraynanın “Dnepravia” aviaşirkəti Dnepropetrovsk-Bakı marşrutu üzrə yeni müntəzəm aviareys açmağı planlaşdırır.

Şirkətdən verilən məlumata görə, yeni aviareyslər mayın 17-dən etibarən həyata keçiriləcək.

Dnepropetrovsk-Bakı istiqamətində reyslər həftənin şənbə günləri yerinə yetiriləcək. Belə ki, təyyarə Dnepropetrovskdan saat 10:15-də, Bakıdan isə 15:45-də yola düşəcək.

Sözügedən istiqamət üzrə aviabiletin qiyməti təxminən 176 manatdan, geriyə isə 285 manatdan başlayacaq. Biletlərin bu qiyməti avqustun sonuna qədər qüvvədə qalacaq.

Qeyd edək ki, reyslər “ekonom” və “premium-ekonom” siniflər olmaqla “Embraer-145” təyyarələrində yerinə yetiriləcək.

APA