Azərbaycan hökuməti Yaxın Şərq regionundan ölkəyə turist axınının artmasında maraqlıdır
1.3.2012

Azərbaycan hökuməti Yaxın Şərq regionundan ölkəyə turist axınını ciddi şəkildə artmasında maraqlıdır.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilmişdir ki, sözügedən regiondan Azərbaycana gələn turistlərin sayı hələlik çox azdır. Bəhreyn, İordaniya, Yəmən, Oman, Qətər, Küveyt, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Suriya və s. ölkələrdən Azərbaycana gələn turistlərin sayı il ərzində təxminən 4 min nəfər təşkil edir.
Azərbaycan turizm potensialının Birləşmiş Ərəb Əmirliklərində təbliğatı üçün müvafiq şirkətlə müqavilə imzalanmışdır.

                                                                                                                                   AzərTAc