Kosmonavt açıq fəzada “selfie” çəkdi – Foto
25.4.2014

Sosial şəbəkə istifadəçiləri arasında geniş yayılmış “selfie” dəbi kosmosa da yayılıb.

Beynəlxalq Kosmik Stansiyada uçuş tapşırığını yerinə yetirən kosmonavt çəkdiyi “selfie”ni paylaşıb.

ABŞ-dan olan kosmonavtlar Rik Mastraççio və Stiv Svenson yalnız 1 saat 36 dəqiqə davam edən kosmik uçuş zamanı açıq kosmosa çıxaraq, Yerdən verilən komandaları icra edən kompüteri yenisi ilə əvəzləyiblər.

Bu missiya NASA-nın həyata keçirdiyi ən qısamüddətli uçuşlardan biri kimi tarixə keçib. Çünki bu tip missiyalar adətən, orta hesabla 5-6 saat davam edir.

Kosmonavt R.Mastraççio tapşırığı yerinə yetirən zaman öz “selfie”sini çəkməyə də imkan tapıb və daha sonra onu Twitter-də paylaşıb.

R.Mastryaççio bildirib ki, skafandrda “selfie” çəkmək çətin olsa da, bunu çətinliklə də olsa, bacarıb.


Gün.Az