Bu gün xalq artisti, aktrisa Həmidə Ömərovanın doğum günüdür.
Ömərova Həmidə Məmməd qızı 1957-ci il aprelin 25-də Bakıda doğulub.
1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.
1979-1993-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. “Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarını qələmə alıb.
Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinoşünaslıq” kafedrasına rəhbərlik edir.
1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında “Retro” kinozalının aparıcısı, 2002-ci ildən “Kinoştrix” verilişinin ssenari müəllifidir.
Həmidə Ömərova “Qızıl uçurum”, “Anlamaq istəyirəm, “Yol əhvalatı”, “Qorxma, mən səninləyəm” və sair filmlərdə bir-birindən maraqlı obrazlar yaradıb.
H.Ömərova 1988-ci ildə əməkdar, 2005-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb.
Gün.Az