ABŞ-da ən uzun «insan dominosu» rekordu təzələnib. Amerika Birləşmiş Ştatlarının Yeni Orlean şəhərində "insan dominosu" adlı Ginnes Rekordu qeydə alınıb. 850 könüllüdən ibarət qrup dünyanın ən uzun insan dominosu rekordunu yeniləyib. Domino prinsipi ilə yıxılan isə domino daşları deyil, matrasa bağlanmış insanlar olub. Onlardan birincisinin itələnməsi ilə digərləri də bir-birinin ardınca yıxılıb.
Bu göstərici isə daha əvvəl Belçikada 550 nəfərlə qeydə alınmış "insan dominosu" rekordunu təzələyib.
Aksiya həm də xeyriyyə məqsədi daşıyaraq, bir neçə yardım fondu üçün pul yığıb.
Video