LG kosmetika buraxacaq
25.4.2014

Cənubi Koreyanın LG Group korporasiyasının LG Household & Healthcare struktur bölməsi dünyanın tanınmış Elizabeth Arden kosmetik brendini satın almaq niyyətini açıqlayıb.

Qadınlar üçün dekorativ kosmetika istehsal edən şirkət 1910-cu ildən bazarda fəaliyyət göstərir.

LG Household & Healthcare nümayəndəsinin sözlərinə görə, şirkət Elizabeth Arden daxil olmaqla 2 və ya 3 kosmetika istehsalçısını satın almağa hazırlaşır.

LG Household & Healthcare kosmetika və ev ləvazimatları, həmçinin içki istehsalı ilə məşğul olur.

ANS PRESS