Samsung Android-dən imtina edir
28.4.2014

"Samsung" şirkəti tədricən Android platformasından imtina edərək öz Tizen əməliyyat sisteminə keçməyi planlaşdırır. Bu haqda Samsung Electronicsin prezidenti Xon Von Pio deyib.

Onun sözlərinə görə, Samsung şirkəti Tizen platforması ilə işləyən qurğuların istehsalına mümkün qədər tez başlayacaq. Nəticədə Cənubi Koreya şirkəti öz ekosistemini formalaşdıracaq. Nəşrin eksperti hesab edir ki, bu tədbir şirkəti Google-dən sonrakı dövrə hazırlayır. The Korea Times nəşri dəqiqləşdirir ki, Tizen platforması Linux əməliyyat sistemi əsasında işləyəcək.

Tizen Linux əsasında işləyən əməliyyat sistemidir. Smartfon, planşet və avtomobil kompüterlərində quraşdırılmaq üçün nəzərdə tutulub. Linux Foundation çərçivəsində Samsung, Intel və başqa şirkətlərin birgə layihəsidir.

ANS PRESS