Dünyada ən cazibədar kişilərin yaşadığı şəhərlərin növbəti reytinq-siyahısı açıqlanıb. Reytinqi "Travelers Digest" portalı hazırlayıb. GoMap.Az "Traveller"ə istinadən bildirir ki, reytinqdə lider mövqeyə İsveçin paytaxtı Stokholmda yaşayan kişilər yiyələniblər.
"İsveçli kişilər soyuqqanlı, tənha qalmağa üstünlük verən adamlar hesab edirlər. Əslində isə onlar çox nəzakətli, ictimai yerlərdə əla davranan insanlardır. Üstəlik, stokholmlu kişilər moda, kulinariya, sağlamlıq və mədəniyyətlə bağlı məsələlərə yaxşı bələddirlər", - reytinq müəllifləri bildiriblər.
Reytinqdə ikinci yeri Nyu-York, 3-cü yeri isə Amsterdam kişiləri tutublar.
"Dünyanın ən cazibədar kişilərinin yaşadığı şəhərlər" reytinqinin ilk onluğu belədir:
1. Stokholm (İsveç)
2. Nyu-York (ABŞ)
3. Amsterdam (Hollandiya)
4. Lissabon (Portuqaliya)
5. Buenos-Ayres (Argentina)
6. Sidney (Avstraliya)
7. Madrid (İspaniya)
8. Berlin (Almaniya)
9. Milan (İtaliya
10. Təl-Əviv (İsrail)