Günün qoroskopu
28.4.2014

Qoç - əvvəlcədən hazırladığınız fəaliyyət planına riayət etmək çətinləşir. Seçilmiş yoldan sapmayın, yaxın ətrafınızdakı insanların təsiri altına düşməyin. Emosiyaların təsiri altında düşünülməmiş addımlar atmayın. Başladığınız işi yarımçıq qoymayın. Rəğbətini və inamını çətinliklə qazandığınız insanlarla ünsiyyəti kəsməyin.

Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağıdır. Adi günlərlə müqayisədə özünüzü daha pis hiss etməmək üçün aktiv olun. İfrat yorğunluq yaradacaq işlərə başlamayın. Axşam saatlarında hissiyatınız artacaq. Ünvanınıza söylənən irad və tənqidlərə aqressiv reaksiya verməyin.

Buğa - yeni layihəyə və ya işə başlamaq olar. Maraqlı, amma çətin işdən çəkinməyin. Sizi tənqid edir, bəzən də pisləyirlər. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Mövqelərinizdən geri çəkilməyib qətiyyətlə irəliləsəniz, uğura nail ola bilərsiniz. Bəlli - qalibi mühakimə etmirlər.
Liderlik məziyyətlərinizi nümayiş etdirin. Həmfikirlər və müttəfiqlər komandasını formalaşdırmaq olar. Onların dəstəyi ilə ən cəsur planı həyata keçirə bilərsiniz.
Günün ikinci yarısında maliyyə fonu uğurludur. Alış-veriş etmək, anlaşma və ya sövdələşmələrin müzakirəsinə başlamaq olar.
Qətiyyətlə iradə peşəkar fəaliyyət müstəvisi ilə yanşı, şəxsi münasibətlərdə də müsbət dəyişikliklər vəd edir.
Sevdiyiniz insanla ünsiyyətdə qayğıkeş və səmimi olun.

Əkizlər - qarşınıza qoyduğunuz məqsəd və ya hədəf nə qədər ağır, çətin olsa da, geri çəkilməyin. Problemlər qaçılmazdır. Onları çözməyə başlayanda çoxsaylı detalları və xırdalıqları nəzərdən qaçırmayın. Belə məqamlar son nəticəyə təsir edəcək. Yaşlı qohumların və təcrübəli həmkarların məsləhətlərinə qulaq asın. Bu minvalla ciddi yanlışlıqlardan qurtula bilərsiniz.
Günün ikinci yarısı mühüm qərarlar qəbul etmək, yaşamınızda nəyisə köklü dəyişmək üçün əlverişli deyil. İstənilən addımı yaxşı düşünəndən sonra atın. Hansısa qərarın, əməlin məqsədəuyğunluğuna əmin deyilsinizsə, tələsməyin. Ətrafınızdakı insanların dediklərinə qulaq asmayın.

Xərçəng - bu gün başalyacağınız işdə əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz. Qarşınıza yeni məqsədlər qoyun. Çəkinməyin, təlaşa qapılmayın. Məqsədə çatmaq üçün bütün maneələri dəf etməyə hazır olun.
Yeni informasiyasnı asanlıqla alacaq, təcrübə və bilikləri əxz edəcəksiniz. Əvvəl əldə etdiyiniz məlumatdan bəhrələnməyə çalışın. Qarşınızı kəsmək, sizə mane olmaq istəyənlər var. Sərt olsanız, hətta çoxdankı bədxah və rəqibləriniz belə, sizə mane ola bilməyəcəklər.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Axşam saatlarında əhvalınız yaxşı olacaq.
Romantik münasibətlər üçün əlverişli zamandır.

Şir - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əzmlə, israrla çalışın. Tənbəllik etməyin, süst olmayın. Qüvvə və potensialınızı dəqiq qiymətləndirməsəniz, tez yorulacaqsınız.
Mühüm işi təxirə salmaq, ertələmək imkanı varsa, bunu edin.
Belə davranmaq özünüzü nəyəsə məcbur edərək səhvləri sıralamaqdan daha yaxşıdır.
Günün ikinci yarısında rasionunuza diqqət edin. Sonradan uzun və ağır fəsadlara səbəb ola biləcək qida zəhərlənməsi riski var.
Nüfuzlu insanlarla görüşlər, uzunmüddətli layihələr və maliyyə məsələləri ilə bağlı işin şərtlərinin müzakirəsi üçün münasib vaxtdır. Təxəyyülünüzdən bəhrələnməsəniz, romantik görüş cansıxıcı təsir bağışlayan bilər.

Qız - müsbət təmayüllərin təsiri artır. Gün məhsuldar və maraqlı olacaq. Yaxın ətrafınızdakı insanlarla təmaslarda diqqətli, həssas, qayğıkeş olun. Yaxşı iş görəni tərifləməyi unutmayın. Yanınızdakı insanları dəyərləndirəndə səhv etməyin. Kimin kim olduğunu anlayın. Yalnız ləyaqətli insanlarla çalışın.
Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə də irəliləyişlər ola bilər. Düşünüb-daşınandan sonra dürüst addım atın. İntuisiyanıza güvənin: o, sizə yanlış yol göstərməyəcək.

Tərəzi - müsbət təmayüllərin təsiri güclü olsa da, günü uğurlu və sadə adlandırmaq olmaz. İş ondadır ki, əməl və qərarlarınızı yanlış dəyərləndirir, ətrafınızdakı insanların hərəkətlərinə səhv qiymət verirsiniz. Nəyisə yalnız bədbin, nəyisə isə nikbin çalarda görürsünüz. Belə davranış və düşüncə isə çox yanlışdır.
Obyektiv, ağıllı insanla məsləhətləşin. Yaranmış situasiyanın mənfi və müsbət yönlərini dəyərləndirin.
Axşam saatlarında alınan informasiyanın əxz olunması ilə bağlı problemlər yarana bilər. Unutqanlıq fəsadlar yaratmasın.

Əqrəb - ünsiyyət üçün yaxşı gündür. Şəxsi və işgüzar görüşlər pis keçməyəcək. Emosional fon stabildir. Qarşılaşdığınız kiçik problemlər və xoşagəlməzliklər əhvalınızı korlamamalıdır. Alış-veriş üçün əlverişli zamandır. Məişət texnikası, qacetlər, zinət əşyaları almaq olar.
Günün ikinci yarısında qəbul edəcəyiniz qərarlar yaxın ətrafınızdakı insanların xoşuna gəlməyə bilər. Lakin sonradan onlar yanılmadığınızı və tamamilə doğru davranış modelini seçdiyinizi görəcəklər.
Əks cins mənsubu ilə təmaslarda həssas olun. Mühüm və aktual xəbər ala bilərsiniz.

Oxatan - neytral gündür. Yeni tapşırıq, sifariş və ya layihəni ehtiyatla, tələsmədən reallaşdırmağa başlayın. İşin sonucu soyuqqanlı və təmkinli olmağınızdan asılıdır. Kiçik gəlirlər olacaq. Xərclər də böyük məbləğdə deyil.
Günün ikinci yarısında önəmli, mühüm görüşlər keçirmək olar. Ünsiyyət üçün münasib zamandır.
Axşam saatlarına yaxın səhhətinizdə kiçik problemlər yaranacaq. Qida allergiyası istisna deyil. İmicdə köklü dəyişikliklər etməyin. Qarderobda yenilənmə zamanıdır.

Oğlaq - yeni işlər və layihələr üçün yaxşı gündür. Nə isə alınmırsa, geri çəkilməyin. Qarşınıza yeni məqsədlər qoyun. Hədəfə çatmaqda sizə yardımçı ola biləcək insanları müəyyənləşdirin. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə diqqətli, həssas olun. İşgüzar məziyyətlərinizi və bacarıqlarınızı nümayiş etdirin.
Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil. Təmaslardan biri yaşamınızda önəmli rol oynaya bilər. Əvvəllər kəsilən əlaqələrdən birini bərpa etmək mümkündür.
Şəxsi münasibətlərdə əhəmiyyətli irəliləyiş olmayacaq.

Dolça - emosional baxımdan mürəkkəb, narahat gündür. Ən kiçik uğursuzluğu problemə çevirməyin. Situasiyanı nəzarətdə saxlamağa çalışın. Etibar etməyə alışdığınız insanlar bu gün yalnız öz maraqlarını güdürlər. Bu isə təbii ki, ümumi işin xeyrinə deyil.
Kiçik maliyyə itkiləri ola bilər.
Günün ikinci yarısında maliyyə potensialının səviyyəsi aşağıdır. Səhhətinizdə kiçik problemlərin yaranması, yorğunluq hissi istisna deyil. Depressiyaya qapılmayın.
Axşam saatlarını şən keçirməyə can atın.

Balıqlar - tələskənlik etməyin, bir qədər gözləyin. Nüfuzlu insanlarla əlaqələri sərinlətməyin. Mühüm anlaşma və ya sövdələşmənin, yaxud da ciddi problemin müzakirəsini ertələyin. Adi, rutin işlərlə məşğul olun. Təşəbbüs və ya ideyalar zamanı deyil. Gündəlik işləri dəqiq, səliqəli yerinə yetirin.
Günün ikinci yarısında pul əldə edəcəksiniz. Son vaxtlar sizi narahat edən maliyyə probleminin öhdəsindən gələcəksiniz. Alış-verişdə bədxərxclik etməyin. Əsla ehtiyac duymadığınız əşyanı almayın.

Milli.Az