İnsanların dünyasında olduğu kimi burada da müxtəlif xarakterli personajlara rast gəlmək olur.
Standart realiti-şouların bezdirici olduğunu qərara alan NRK Norveç yayım şəbəkəsi fərqlənməyi qərara alır.
Onlar qeyri-adi realiti-şou düşünüblər,
burada insanların əvəzinə quşlar və dələlər iştirak edirlər.
Quşlar üçün xüsusi düzəldilmiş məkanda tamaşaçıların real zaman kəsiyində onların həyatını müşahidə etmək imkanı var.
İnsanların dünyasında olduğu kimi burada da
müxtəlif xarakterli personajlara – qayğısız titdən, kədərli şaqraqa
qədər rast gəlmək olar.
Hər bir cəmiyyətdə olduğu kimi burada da
mübahisələr, davalar düşür, eləcə də kiçik oğurluqlar və hətta romantik
görüşlər belə olur.
Şou efirə 2014-cü ilin iyun ayının sonuna
qədər çıxacaq. Pərəstişkarlar şouya real zaman rejimində NRK-nın
saytında baxa bilərlər.
Oxu.az