“Şüvəlan park”da “Gənclər evi” tikilir
1.3.2012

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Xəzər rayonundakı “Şüvəlan park”da “Gənclər evi”nin tikintisi davam etdirilir.
Rayon icra hakimiyyətinin şöbə müdiri Babacan Məlikovun sözlərinə görə, gənclərin dünyagörüşünün formalaşmasında onların asudə vaxtlarının necə keçirməsi də böyük əhəmiyyət daşıyır. Bu baxımdan dövlətimiz gələcək nəslin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların sağlam böyüməsi istiqamətində bir sıra mühüm proqram və layihələr həyata keçirir. Onun sözlərinə görə, müasir üslublu “Gənclər evi”nin inşası da, qəsəbə gənclərinin asudə vaxtlarının səmərəli təşkili, müxtəlif tədbirlərin keçirilməsinə xidmət edəcəkdir.
Tikintinin cari ildə yekunlaşması nəzərdə tutulmuşdur.


                                                                                                                                    AzərTAc