Britaniyalı cütlük özünə 50 ölkədə toy çaldırdı – Foto
28.4.2014

Britaniyalı cütlük Aleks Pellinq və Liza Qent dünyanın 50 ölkəsində özünə 50-dən artıq toy çaldırıb.

Hər bir nikah mərasimi cütlüyün getdiyi ölkənin ənənəsinə uyğun baş tutub.

Sözügedən ər və arvadın bloqu milyondan çox baxış sayı əldə edib. 37 mindən artıq insan onların Facebook səhifəsinə abunə olub.

Pellinq və Qent nikah mərasimi üçün ideal ölkə axtarmağı planlaşdırırmış. Sonda onlar maksimum çox ölkədə evlənmək qərarına gəliblər. Britaniyalılar ABŞ, Panama, Litva və digər ölkələrdə nikah mərasimi keçiriblər.

Gün.Az