Bakıda təkrarolunmaz fleşmob keçirilib - Video
28.4.2014

Bakının mərkəzi yerlərindən birində qeyri-adi və təkrarolunmaz fleşmob keçirilib.

İlk dəfə fleşmobda klassik musiqi alətləri kreativ və qeyri-adi şəkildə ifa edilərək Bakı sakinlərini təəccübləndirib.

Layihə Azərbaycanın dahi ədəbiyyat xadimi Füzulinin 520 illik yubileyinə həsr olunub.

Bir qrup musiqiçi Füzulinin heykəli yaxınlığında öz alətlərini çıxararaq klassik musiqi ifa etməyə başlayıb. Müxtəlif anlarda digər musiqiçilər də onlara qoşularaq böyük orkestr yaradıb və milli musiqi kompozisiyasını birgə ifa edib.

Ümumilikdə 20-dən artıq ifaçı 15 müxtəlif alətdə “Arşın mal alan” operasından musiqi parçası ifa edib. Həmin vaxt ətrafda olanlar nəyin baş verdiyini anlamayıb, müxtəlif baxışlarla həmin musiqi parçasını dinləyərək, böyük təəccüb keçiriblər.

Qeyd edək ki, layihə Gənclər Fondunun dəstəyi ilə keçirilib.
Video

Gün.Az