Sonsuzluğun yeni müalicə metodu tapılmışdır
1.3.2012

Massaçusets xəstəxanasının əməkdaşlarının sözlərinə görə, qadın sonsuzluğu problemi tezliklə həll oluna bilər.

İlk dəfə olaraq qadın yumurtalığında laboratoriya şəraitində yumurta əmələ gətirə bilən gövdə hüceyrələri aşkar edilmişdir. Siçanlar üzərində aparılan tədqiqatlar göstərmişdir ki, bu cür gövdə hüceyrələri asanlıqla mayalanır.

Yumurtalıqlarda məhdud və bərpa olunmayan yumurta ehtiyatının olması barədə nəzəriyyəni həkimlər artıq 2004-cü ildə təkzib etmişlər.

Tədqiqatın rəhbəri Conatan Till demişdir ki, qadınlar yumurta hüceyrələrini bərpa edə bilərlər. Tədqiqatdan məqsəd qadın yumurtalığında yumurta hüceyrələrinin əmələ gətirilməsi üçün gövdə hüceyrələrinin olduğunu sübuta yetirməkdir.

Bu kəşf sonsuzluğun müalicəsi üçün yeni texnologiyaların inkişafına şərait yaradır, istənilən qədər yumurta hüceyrəsi yaratmağa imkan verir. Lakin texnologiyanın təcrübədə tətbiqi üçün hələ sınaqlar davam etdirilməlidir.

AzərTAc