Gökhan Özen yayda Bakıya gələcək
29.4.2014

Türkiyənin populyar müğənnisi Gökhan Özen Bakıya gələcək.

İfaçının paytaxtda yay konserti vərəcəyi gözlənilir.

G.Özen azərbaycanlı həmkarı, bir çox müsabiqələrin iştirakçısı Teymur Qədirovla eyni səhnəni bölüşəcək.

Həmçinin konsertdə Teymur Qədirovun ifa etdiyi “I love you” (“Mən səni sevirəm”) mahnısına çəkdirdiyi klipin təqdimatı da olacaq. Klip Gökhan Özenin “Budala” klipinin oxşarıdır.

Konsert iyulun son günlərinə təsadüf edəcək.

gun.az