Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr edilmiş “Gözlərə nur verən mələk” kompozisiyasına klip çəkilmişdir - VİDEO
29.4.2014

Bəstəkar Sevinc Tofiqqızı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr etdiyi “Gözlərə nur verən mələk” kompozisiyasına klip çəkdirmişdir.

Bəstəkar bildirmişdir ki, kompozisiyanı akademik Zərifə xanım Əliyevanın ötən il qeyd edilən 90 illik yubileyi münasibətilə yazmışdır.

Daha sonra bəstəkar “Gözlərə nur verən mələk” kompozisiyasına klip çəkdirməyi düşünmüş və klip görkəmli oftalmoloq alimin anadan olmasının 91-ci ildönümü günündə hazır olmuşdur.

Klipin rejissoru Elmir Süleymanov, montaj edəni Elnar Həşimov, oranjımançısı Osman Həmidovdur.

VİDEO

AzərTAc