"Bala Dili" abunəçilərini sevindirəcək
29.4.2014

May ayında "Bala Dili"nin 9 yaşı tamam olur. Bu münasibətlə iyun ayının 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakı Əyləncə Mərkəzində jurnalın bütün abunəçiləri üçün şənlik təşkil ediləcək.

Ad günü şənliyində bütün abunəçilərə “Bala Dili” jurnalının xüsusi hədiyyələri təqdim ediləcək.

Qeyd edək ki, şənlikdə yalnız “Bala Dili”nin abunəçiləri valideynləri ilə birlikdə iştirak edə bilər. Bütün abunəçilərə dəvətnamə ünvanlanacaq.

Şənlikdə iştirak etmək isəyənlər jurnala abunə olmalıdır.

Xatırladaq ki, “Bala Dili” jurnalı 1-9 yaşlı uşaqlar üçün nəzərdə tutulur.

ANS PRESS