Cazibəli
dizaynı və ən son texnoloji yenilikləri ilə diqqətdə qalmağı bacaran
yapon brendi Mazda Azərbaycanda da yeniliyi ilə gündəmdədir: Mazda CX-5
modeli indi 4700 AZN ilkin ödəniş ilə satışdadır.
Çox
sərfəli lizinq şərtləri ilə təqdim edilən bu Mazda modelini tanıyanlar
onun üstünlüklərinə bələddirlər: o, sinfinin ən yüksək klirensə malik
avtomobillərindən biri kimi, 210 sm yerdən hündürlüklə nahamar yollardan
“qorxmur”!
Mazda CX-5 Skyactiv texnologiyaları özündə birləşdirən ilk modellərdəndir.
Avtomobilin hissələrin hazırlanmasında
yüngül və dözümlü materiallardan istifadəsinə səbəb olmuş, xarici
detalların və daxili avadanlığın dizaynına təsir etmiş bu texnologiyalar
sayəsində avtomobil yanacağa yüksək qənaət və heyrətamiz performans
nümayiş etdirir.
2.0 və 2.5 litr mühərriklər ilə təqdim edilən model 2.0 l mühərrikli 2WD (2-çəkər) komplektasiyası ilə zənginləşib.
İnnovasiyaları sevənlər Mazda CX-5-in “ağlına” heyran qalmaya bilməzlər!
İ-Stop yanacağın ağıllı sərfi komandası,
Keyless go - açarsız giriş, sensorlu monitor avtomobilin ürəyindən
keçənləri barmağının bir işarəsi ilə yerinə yetirməsi deməksə, arxa
görüntü kamerası təhlükəsizliyin təminatı olan amillərdəndir.
Keyfiyyətli musiqi dinləmək istəyənlər isə Premium Bose audiosistemini
mütləq qiymətləndirəcəklər.
Oxu.az