Qoç - yaxın ətrafınızdakı insanlar üçün
əvəzolunmaz yardımçı və qiymətli müttəfiqə çevrilə bilərsiniz. Mürəkkəb
xarakterə malik insanlarla əlaqələri normal qurun. Dostları və ya
tərəfdaşları diqqətlə seçin. Təhsildə uğurlar ola bilər. Yeni təcrübə
əldə olunması, dünyagörüşün artırılması üçün əlverişli zamandır.
Günün
ikinci yarısında səfər və ya gəzinti xoş təəssüratlar yaradacaq.
Sərfəli anlaşma və ya sövdələşməyə nail olmaq, qeyri-adi əşya almaq
olar.
Axşam saatlarında planlaşdırılmamış xərclər istisna deyil.
Buğa -
müstəqil iş üçün əlverişli zamandır. Təkbaşına çalışın, yardım və
dəstək gözləməyin. Tək işləyəndə özünüzü rahat hiss edəcəksiniz. Rəğbət
bəsləmdiyiniz və xoşlanmadığınız insanlarla ünsiyyət qaçılmazdır.
Mövqelərinizi və fikirlərinizi bölüşməyən insanlarla təmaslar sizi
usandıracaq. Sinirlənməyin, təmkinli olun.
Günün ikinci
yarısında alacağınız xəbər sizi nigaran qoyacaq, əhvalınızı pozacaq.
Lakin situasiyanı dəyişmək, problemləri aradan qaldırmaq imkanları
yaranacaq. Dərhal işə başlayın. Aktiv olun.
Əkizlər -
yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. İndiyədək sizi
asanlıqla anlayan, mövqelərinizi bölüşən adamlarla mübahisələrin
yaranmasına, fikir ayrılıqlarının münaqişəyə çevrilməsinə imkan
verməyin.
Günün ikinci yarısında sizi eqoizm, paxıllıq,
xudpəsəndlik, kobudluqda suçlaya bilərlər. Amma bir qədər sonra bu
adamlar haqsız olduqlarını anlayacaqlar.
Xoşagəlməz hisslər olacaq.
Maliyyə
məsələlərində ehtiyalı olun. Malik olduğunuzdan artıq pul xərcləməyin.
İş yeri ilə bağlı qərarların qəbul edilməsi, sənədləşdirmə, köç və ya
ciddi yeniliklər üçün əlverişli zaman deyil.
Xərçəng
- ciddi qərarlar qəbul edərək onları həyata keçirməyə tələsin.
Emosiyaların təsiri altına düşməyin, məntiq və sağlam düşüncəni
unutmayın. Tam etibar etdiyiniz insan sizinlə manipulyasiya etməyə
çalışacaq. Məkrli planların qurbanı olmayın, tələyə düşməyin.
Başqalarının problemlərinin həllinə, səhvlərin fəsadlarının aradan
qaldırılmasına çox vaxt sərf etməli olacaqsınız.
Günün ikinci
yarısında əhvalınız və sağlıq durumunuz yaxşı olacaq. Axşam saatlarına
yaxın xroniki ağrılar yarana bilər. Narahat olmayın, təlaşa qapılmayın.
Etibarlı müttəfiqin dəstəyinə ehtiyacınız var.
Şir
- məqsədlərin seçimi və planların hazırlanmasına diqqətlə yanaşsanız,
gün uğurlu olacaq. Ciddi çalışın. Xırdalıqlara və detallara başdansovdu
yanaşmayın. Gərəkli nəticənin əldə olunması üçün çox işləməli
olacaqsınız. Rəğbət bəsləmədiyiniz insana yardım üçün müraciət etmək
məcburiyyətində qalacaqsınız. Bir zamanlar sizə yardım etmiş insanlar
günün ikinci yarısında əməlini xatırladacaqlar.
Axşam saatlarına yaxın səhhətinizdə kiçik problemlər yarana bilər. Zökəm və soyuqdəymə riski var.
Dostlarla görüş üçün yaxşı vaxtdır. Romantik təmaslar isə ümidləri doğrultmayacaq.
Qız
- tələskənlik etməyin. Günün ilk yarısında başlayacağınız işləri
tezliklə başa vurmaq mümkün deyil. Hər şeyə rəğmən səyləriniz hədər
getməyəcək. Alış-verişdə planlaşdırılmış əşyaları almaqla kifayətlənin.
Gəlirlər gözlədiyiniz məbləğdən artıq olsa da, bədxərclik etməyin. Köç
və ya köçə hazırlıq, habelə interyerin yenilənməsi üçün münasib gündür.
Günün
ikinci yarısında yaradıcılıq potensialının səviyyəsi yüksəkdir.
Təxəyyülünüzdən yararlanın, problemlərin həllinə yaradıcı yanaşın.
Planlaşdırılmamış səfər ola bilər.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi -
mühüm qərarların qəbul olunması üçün əlverişli zaman deyil. Yaxın
ətrafınızdakı insanlarla təmaslarda diqqətli olun. Onların
hərəkətlərinin motivlərini anlamağa, qərarlarını dürüst qiymətləndirməyə
can atın. Ünsiyyəti bir qədər məhdudlaşdırmaq məsləhətdir.
Düşünülməmiş iradlar və aqressiv davranış hətta normal söhbəti münaqişəyə çevirə bilər.
Günün ikinci yarısında qəfil vizit istisna deyil. Gələn qonaqlar tezliklə getməyəcəklər.
Alış-veriş etmək olar. Amma bədcxərclik etməyin, lazımsız əşyalar və məhsullar almayın.
Əqrəb
- müsbət təmayüllərin təsiri güclənir. Ayrı-ayrı çətinliklər və
problemlərə rəğmən gün uğurludur. Enerjili, aktiv, məntiqli olun. Ən
çətin situasiyalarda kobud yanlışlıqlara yol verməməyə çalışın. Yardım
və məsləhət istəyən insanları pərişan qoymayın. Həyata düzgün yanaşın,
ən xırda çətinlikdən sonra ruhdan düşməyin.
Günün ikinci yarısında yarımçıq işləri başa vurun.
Yeni tanışlıq istisna deyil. Müttəfiq və tərəfdaşların sayını artırmağa çalışın. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin.
Axşam saatlarını ailəvi istirahətdə keçirin.
Oxatan
- qüvvələrin bərpası, maraqlandığınız işlə məşğul olmaq və planların
reallaşdırılmasına başlamaq üçün əlverişli zamandır. Yeni işlərə
başlamaq olar. Amma asanlıqla və tezliklə uğur əldə edə biləcəyinizi
düşünməyin. Həmfikir, müttəfiq və ya tərəfdaşın dəstəyinə ehtiyac var.
Əks təqdirdə gərəkli sonuca nail olmaq çətinliklər yaradacaq.
Günün ikinci yarısında maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil.
Axşam saatları sağlamlıq, profilaktik və kosmetik prosedurlar üçün əlverişlidir.
Mühüm görüş varsa, qüsursuz görünməyə çalışın. Sizi zahiri görkəminizə görə dəyərləndirəcəklər.
Oğlaq
- xoş görüşlər və maraqlı söhbətlər olacaq. Biznes və karyera ilə bağlı
məsələləri rahat ortamda müzakirə etmək olar. Yaxşı məsləhət
alacaqsınız. Cazibədar təklif istisna deyil. Dəvət aldığınız tədbirə
qatılın. Yanınızdakı insanlardan bir neçəsinin rəğbətini qazanacaqsınız.
Günün
ikinci yarısında səfər və ya səyahət istisna deyil. Romantik münasibət
istisna deyil. Ailə üzvləri ilə təmaslarda diqqətli olun. Onlar sizinlə
ünsiyyət gözləyir. Hisslərinizi və fikirlərinizi bölüşə bilərsiniz.
Dolça -
mübahisələr qaçılmazdır. Yaxın ətrafınızdakı insanlarla münasibətləri
normal səviyyədə saxlamaq üçün səy göstərin. Çoxdan bəri sizə qarşı
mənfi münsibətdə olan bədxahlar aktivləşirlər. Onlar haqqınızda böhtan
və şayiələr yayacaqlar. Mövqelərinizin səbatlı olmasına çalışın.
Günün
ikinci yarısında maliyyə çətinlikləri istisna deyil. Alış-verişdə
uğursuzluğa yol verməyin, hesablamalarda səhvlər etməyin. Yalnız işgüzar
maraqlarınızın olduğu insanlarla işlə bağlı məsələləri müzakirə
etməyin.
Axşam saatlarında səhhətinizdə kiçik problemlər istisna deyil.
Balıqlar -
hadisələr istədiyiniz məcrada inkişaf etmədiyindən səbrli və soyuqqanlı
olun. Yaxın gələcəklə bağlı planlar qurmaq olar. Amma unutmayın ki,
onları tezliklə reallaşdırmaq mümkün deyil. Dostlar və ya ailə
üzvlərindən biri ilə kiçik ixtilaflar istisna deyil. Münaqişənin
yaranmasına imkan verməyin. Birmənalı olmayan situasiyalarda soyuqqanlı
davranın.
Günün ikinci yarısı qeyri-adi və orijinal əşyaların
alınması, imiclə eksperimentlər üçün münasib zamandır. Zövqünüz sizi
aldatmasın. Yaradıcılıqla bağlı layihəni unutmayın.
Milli.Az