Xalq yazıçısı Çingiz Abdullayev Gəncədə gənclərlə görüşüb
30.4.2014

Xalq yazıçısı Çingiz Abdulayev Gəncə şəhərində oxucuları ilə görüşüb.

Tədbirdə gənclər, ali və orta təhsil müəssisələrinin tələbələri, Azərbaycan Yazıçılar Birliyinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Yüzlərlə gənc oxucunun arzusunda olan görüşün keçirilməsində əsas məqsəd gənclərin dünyagörüşünün inkişafına zəmin yaratmaq və gənclərin asudə vaxtını səmərəli təşkil etmək məsələləri haqda fikir mübadiləsi olub.

Görüş Çingiz Abdullayevlə maraqlı müzakirələr, sual-cavab və səmimi söhbət mühitində davam edib. Yazıçı çıxışında Gəncədə olmaqdan xoş hisslər keçirdiyini və görüşdən məmnun qaldığını bildirib.

APA