Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Təcrübə-Sınaq Mərkəzi (AzTEST) ölçmə vasitələrinin kalibrlənməsi və sınaq laboratoriyalarında vakant vəzifələrinə işə qəbul elan edir. SMPDK-nin mətbuat xidmətindən verilən məlumata görə, müsahibə aşağıdakı vakant yerlər üçün keçirilir:
1. Radiotexniki və akustik ölçmə vaitələrinin kalibrlənməsi laboratoriyasına – mütəxəssis;
2. Təzyiq, sərf və həcm ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına - mütəxəssis;
3. Elektrotexniki ölçmə vaitələrinin kalibrlənməsi laboratoriyasına – mütəxəssis;
4. Asfalt-beton məhsullarının sınaq laboratoriyasına - mütəxəssis.
Müsahibəyə müasir texnoloji proseslərlə, innovativ yeniliklərlə yaxından tanış olan, yeni avadanlıqlarla, ölçmə cihazlarla işləməyi bacaran, yüksək peşə bacarıqlarına malik, həmçinin xarici dillərdən ən azı birinə yiyələnmiş (rus, ingilis və ya alman) ali təhsilli, ixtisaslı mütəxəssislər dəvət olunur.
Müsahibədə iştirak etmək üçün tələb olunan sənədlər:
- Ərizə;
- Şəxsiyyəti təsdiq edən sənətin surəti;
- Kadrlar uçotunun şəxsi vərəqəsi;
- Tərcümeyi-hal;
- Hərbi biletin surəti;
- Ali və sonrakı təhsil haqqında sənətin surəti;
- Əmək kitabçasının surəti;
- Sosial sığorta şəhadətnaməsinin surəti;
- Sağlamlıq haqqında arayış;
- 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.
Müsahibədə iştirak etmək istəyənlər sənədləri əsli ilə birlikdə Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsinə (Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 124) 2014-cü il 5-dən 16-dək, həftənin I-V günləri saat 10:00-dan 17:00-dək təqdim edə bilərlər.
sia.az