Azərbaycan prezidenti İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası Bakı Xoreoqrafiya Məktəbinin bazasında yaradılacaq.
Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti qurumlarla birlikdə Bakı Xoreoqrafiya Məktəbinin binasının yerləşdiyi sahədə Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi, zəruri avadanlıqlarla təchiz edilməsi ilə bağlı təkliflərini 2 ay müddətində prezidentə təqdim etməlidir.
Nazirlər Kabinetinə isə Bakı Xoreoqrafiya Akademiyasının nizamnaməsinin layihəsini 2 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, habelə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
APA