Günün qoroskopu
1.5.2014

Qoç - ehtiyatlı və soyuqqanlı fəaliyyət göstərsəniz, böyük uğurlara nail ola bilərsiniz. Emosiyaların təsiri altında atılan addımlar və qəbul edilən qərarlar yaxşı heç nə vəd etmir. Çətin situasiyaya düşsəniz, sakit olun. Durumu təhlil edin, inandığınız insanlarla məsləhətləşin. Bütün sədləri dərhal dəf etmək mümkün deyil. Bir də ki, maneələrin hamısını aşıb keçməyə lüzum yoxdur.
Günün ikinci yarısında təmaslarda diqqətli olun. İlkin təəssüratlara inanmağa meyllisiniz. Halbuki belə təəssüratlar və hisslər həmişə dürüst olmur. Maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil. Bədxərclik etməyin.
 
Buğa - gün yetərincə mürəkkəb olacaq. Çətinliklər və problemlər sizi qorxutmasın. Qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Amma bu proses sürətli olmayacaq. Maliyyə məsələlərində ehtiyatlı olun. Tələsik qərarlar böyük itkilərlə sonuclana bilər.
Günün ikinci yarısında iş yerini dəyişməklə bağlı qərar qəbul etməyə tələsməyin. Sizi yeni yerə israrla dəvət edərək müxtəlif vədlər versələr belə, inanmayın. Gözləntiləriniz özünü doğrultmayacaq.
Ailədə münaqişələr istisna deyil. Fikir ixtilafları ciddi fəsadlar yarada bilər. Tənqid və iradlara normal reaksiya verin. Yaxınlarınız istəməsələr belə, hisslərinizə toxuna bilərlər.
 
Əkizlər - işdə rəhbərlik və həmkarlarla dil tapmaq çətindir. Ciddi problemlərin yaranmasına imkan verməyin. İşgüzar danışıqlarla yanaşı, qeyri-rəsmi söhbətlərdə belə, konstruktiv dialoq çərçivəsində qalın. Münasibətlərin korlaşmasının qarşısını alın.
Günün ikinci yarısında önəmli qərarlar qəbul etmək, yaşamınızda nəyisə köklü şəkildə dəyişmək məsləhət deyil. Maliyyə çətinlikləri istisna deyil. Sərfəli anlaşmanın əldə olunması şansı sizin diqqətsizliyiniz və laqeydliyiniz ucbatından boşa çıxmasın. Axşam saatlarında xoş yeniliklər və xəbərlər olacaq.
 
Xərçəng - ünsiyyətdə problemlər olacaq. Özünüzə və ətrafınızdakı insanlara problemlər yaratmayın. İşdə həmkarlarınız rutinliyə, səbatlaşmış qaydalara qarşı "üsyan" edirlər. Bacarıq və biliklərinizi nümayiş etdirin. Tapşırıqları tam yerinə yetirin.
Maliyyə itkiləri, uğursuz anlaşmalar istisna deyil.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar və işgüzar tərəfdaşlarla münasibətləri sərinləməyin. Ailədəki təmaslar rəvan, harmonik olmalıdır.
Axşam saatlarında maraqlı məşğuliyyət tapmağa can atın.
 
Şir - məhsuldar və maraqlı işləyə bilərsiniz. İstedad və bacarıqlarınızı tam izhar edə biləcək yeni işə başlamaq olar. Çətin təşkilati işlərin öhdəsindən gəlməyə çalışın.
Küsənləri barışdırın, liderlik məziyyətlərinizi nümayiş etdirin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri o qədər də güclü olmayacaq. Ailədə ciddi münaqişənin yaşanmasına imkan verməyin
Sevdiyiniz insanla mübahisə yaşana bilər.
Axşam saatlarında maliyyə itkiləri olacaq.
 
Qız - qarışıq, laübəli, problemli gündür. Hadisələrin hansı məcrada inkişaf edəcəyini təxminləmək çox çətindir. Lakin geri çəkilməyin, ruhdan düşməyin. Hər şeyə rəğmən irəliləyin. İradəniz və qətiyyətiniz xoş nəticə verəcək.
Günün ikinci yarısı ünsiyyət üçün ən çətin vaxtdır. Hətta sevdiyiniz insanla münasibətlərdə də inciklik yarana bilər.
Axşam saatlarını sizə yardım etməyə və mənəvi dəstək olmağa hazır insanlarla keçirin. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Fiziki işdə xeyir var.
 
Tərəzi - yeni tanışlara inanmağa, etibar etməyə tələsməyin. Onlar ilk baxışdan göründüyü təki deyillər. Bu adamlar sizin üçün etibarlı işgüzar tərəfdaş və sadiq müttəfiq olmayacaqlar. Uğursuz anlaşma və sövdələşmə, maliyyə itkiləri riski var.
Əvvəllər başladığınız işləri günün ikinci yarısında başa vurun. İşlərdə çətinliklərin yaranmasına hazır olun.
Yaxınlarınızla münasibətlərdə ciddi fikir ayrılıqları yarana bilər. Münaqişə olmasa da, əhval korlana bilər. Yola çıxanda ciddi hazırlaşın, diqqətli olun.
 
Əqrəb - gerçəkdən də, mühüm işlərlə məşğul olun. Önəmli məsələlərdə irəliləyiş şansları yüksəkdir. Peşəkar fəaliyyət müstəvisində uğur qazana bilərsiniz.
İşdə bir sıra mübahisələr və müzakirələrdən sonra rəhbərlik, habelə həmkarlarla ortaq məxrəcə gəlmək mümkündür. Yeni tərəfdaşlarla əməkdaşlığa, birgə fəaliyyətə başlamaq üçün əlverişli zamandır. Belə əməkdaşlıq məhsuldar, qarşılıqlı sərfəli olacaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənəcək. Hadisələrin inkişaf məcrası sizi narahat etməsin. Təşəbbüslə çıxış etməkdən çəkinməyin. Təşəbbüskar olsanız, rəqiblərinizi üstələyə bilərsiniz.
 
Oxatan - intuisiyanız kəskin olmalıdır. Emosiyaların tarıma çəkilməsinə imkan verməyin. Çalışdığınız insanları anlamağa çalışın. İndiyədək mövqelərinizi bölüşməyən adamlarla belə, təmaslarda diqqətli və həssas olun.
Sevdiyiniz insanı xoş sürprizlə sevindirin. Maraqlandığınız şəxslə təmaslar qurmağa çalışın.
Günün ikinci yarısında yaxın gələcəklə bağlı planlar qurmaq olar. Son günlərdə yaşanmış olaylara münasibətinizin dəyişməsinə səbəb ola biləcək mühüm informasiyanın alınması istisna deyil. İdmanla məşğul olsanız, pis deyil.
Amma hovuza yollanmağa dəyməz.
 
Oğlaq - həll edə bilməyəcəyiniz məsələ yoxdur. İntellektual potensialınızın səviyyəsi yüksəkdir. Ən çətin situasiyalarda belə, soyuqqanlı və təmkinli davranın. Belədə ciddi uğur qazana bilərsiniz.
Günün ikinci yarısında yeni tərəfdaşlar sizə tam etibar etmirlər. Onların inamını qazanmaq asan deyil.
Təbii, səmimi davranın.
Qonaq qəbul etmək, evdə şadyanalıq təşkil etmək olar. Qonaqlar kulinar uğurlarınıza laqeyd qalmayacaqlar.
Axşam saatlarında romantik təmaslar, görüşə dəvət istisna deyil.
 
Dolça - ehtiyatlı olun. Çətin gündür. Ən kiçik yanlışlıq və ya səhv belə, ciddi nəticələr verə bilər. İşdə tapşırıqlarla öhdəliklərin sayı artır. Yeni məsuliyyətlər peyda olur. Həmin işləri gördüyünüzə görə kimsə sizi mükafatlandırmaq niyyətində deyil.
Günün ikinci yarısında rəhbərliklə mübahisə istisna deyil. Həmkarlarla münasibətləri qarşılıqlı iradlar korlaya bilər.
Şəxsi həyatınızda dəyişikliklər və yeniliklər zamanıdır. Yaxınlarınızla təmaslarda diqqətli olun, davranışınıza fikir verin. İllüziyalara qapılmayın. Fəaliyyətdə olun.
 
Balıqlar - yeni işlərə cəsarətlə başlayın. Sizə kömək edən insanın olub-olmamasına rəğmən, işi bitirin. Biliklər, informasiya və təcrübənin artırılması üçün əlverişli zamandır. Başqalarının təcrübəsindən yararlanın. Eşitdiyiniz ideyanı mənimsəyin, inkişaf etdirin.
Günün ikinci yarısı maliyyə baxımından əlverişlidir. Gəlirlər gözlədiyinizdən də artıq ola bilər.
Şəxsi münasibətlərdə vəziyyət o qədər də yaxşı deyil. Yaxınlarınızla dil tapmaq çətinləşir. Ünvanınıza səslənən tənqid və iradların sayı sürətlə artır.
Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər.
 
Milli.Az