Qoç - ehtiyatlı və soyuqqanlı fəaliyyət
göstərsəniz, böyük uğurlara nail ola bilərsiniz. Emosiyaların təsiri
altında atılan addımlar və qəbul edilən qərarlar yaxşı heç nə vəd etmir.
Çətin situasiyaya düşsəniz, sakit olun. Durumu təhlil edin, inandığınız
insanlarla məsləhətləşin. Bütün sədləri dərhal dəf etmək mümkün deyil.
Bir də ki, maneələrin hamısını aşıb keçməyə lüzum yoxdur.
Günün
ikinci yarısında təmaslarda diqqətli olun. İlkin təəssüratlara inanmağa
meyllisiniz. Halbuki belə təəssüratlar və hisslər həmişə dürüst olmur.
Maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil. Bədxərclik etməyin.
Buğa
- gün yetərincə mürəkkəb olacaq. Çətinliklər və problemlər sizi
qorxutmasın. Qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Amma bu
proses sürətli olmayacaq. Maliyyə məsələlərində ehtiyatlı olun. Tələsik
qərarlar böyük itkilərlə sonuclana bilər.
Günün ikinci
yarısında iş yerini dəyişməklə bağlı qərar qəbul etməyə tələsməyin. Sizi
yeni yerə israrla dəvət edərək müxtəlif vədlər versələr belə,
inanmayın. Gözləntiləriniz özünü doğrultmayacaq.
Ailədə
münaqişələr istisna deyil. Fikir ixtilafları ciddi fəsadlar yarada
bilər. Tənqid və iradlara normal reaksiya verin. Yaxınlarınız
istəməsələr belə, hisslərinizə toxuna bilərlər.
Əkizlər
- işdə rəhbərlik və həmkarlarla dil tapmaq çətindir. Ciddi problemlərin
yaranmasına imkan verməyin. İşgüzar danışıqlarla yanaşı, qeyri-rəsmi
söhbətlərdə belə, konstruktiv dialoq çərçivəsində qalın. Münasibətlərin
korlaşmasının qarşısını alın.
Günün ikinci yarısında önəmli
qərarlar qəbul etmək, yaşamınızda nəyisə köklü şəkildə dəyişmək məsləhət
deyil. Maliyyə çətinlikləri istisna deyil. Sərfəli anlaşmanın əldə
olunması şansı sizin diqqətsizliyiniz və laqeydliyiniz ucbatından boşa
çıxmasın. Axşam saatlarında xoş yeniliklər və xəbərlər olacaq.
Xərçəng
- ünsiyyətdə problemlər olacaq. Özünüzə və ətrafınızdakı insanlara
problemlər yaratmayın. İşdə həmkarlarınız rutinliyə, səbatlaşmış
qaydalara qarşı "üsyan" edirlər. Bacarıq və biliklərinizi nümayiş
etdirin. Tapşırıqları tam yerinə yetirin.
Maliyyə itkiləri, uğursuz anlaşmalar istisna deyil.
Günün
ikinci yarısında yaxın ətrafınızdakı insanlar və işgüzar tərəfdaşlarla
münasibətləri sərinləməyin. Ailədəki təmaslar rəvan, harmonik olmalıdır.
Axşam saatlarında maraqlı məşğuliyyət tapmağa can atın.
Şir
- məhsuldar və maraqlı işləyə bilərsiniz. İstedad və bacarıqlarınızı
tam izhar edə biləcək yeni işə başlamaq olar. Çətin təşkilati işlərin
öhdəsindən gəlməyə çalışın.
Küsənləri barışdırın, liderlik məziyyətlərinizi nümayiş etdirin.
Günün
ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri o
qədər də güclü olmayacaq. Ailədə ciddi münaqişənin yaşanmasına imkan
verməyin
Sevdiyiniz insanla mübahisə yaşana bilər.
Axşam saatlarında maliyyə itkiləri olacaq.
Qız -
qarışıq, laübəli, problemli gündür. Hadisələrin hansı məcrada inkişaf
edəcəyini təxminləmək çox çətindir. Lakin geri çəkilməyin, ruhdan
düşməyin. Hər şeyə rəğmən irəliləyin. İradəniz və qətiyyətiniz xoş
nəticə verəcək.
Günün ikinci yarısı ünsiyyət üçün ən çətin vaxtdır. Hətta sevdiyiniz insanla münasibətlərdə də inciklik yarana bilər.
Axşam
saatlarını sizə yardım etməyə və mənəvi dəstək olmağa hazır insanlarla
keçirin. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə
problemlər yaranmayacaq. Fiziki işdə xeyir var.
Tərəzi -
yeni tanışlara inanmağa, etibar etməyə tələsməyin. Onlar ilk baxışdan
göründüyü təki deyillər. Bu adamlar sizin üçün etibarlı işgüzar tərəfdaş
və sadiq müttəfiq olmayacaqlar. Uğursuz anlaşma və sövdələşmə, maliyyə
itkiləri riski var.
Əvvəllər başladığınız işləri günün ikinci yarısında başa vurun. İşlərdə çətinliklərin yaranmasına hazır olun.
Yaxınlarınızla
münasibətlərdə ciddi fikir ayrılıqları yarana bilər. Münaqişə olmasa
da, əhval korlana bilər. Yola çıxanda ciddi hazırlaşın, diqqətli olun.
Əqrəb
- gerçəkdən də, mühüm işlərlə məşğul olun. Önəmli məsələlərdə
irəliləyiş şansları yüksəkdir. Peşəkar fəaliyyət müstəvisində uğur
qazana bilərsiniz.
İşdə bir sıra mübahisələr və
müzakirələrdən sonra rəhbərlik, habelə həmkarlarla ortaq məxrəcə gəlmək
mümkündür. Yeni tərəfdaşlarla əməkdaşlığa, birgə fəaliyyətə başlamaq
üçün əlverişli zamandır. Belə əməkdaşlıq məhsuldar, qarşılıqlı sərfəli
olacaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət
təmayüllərin təsiri güclənəcək. Hadisələrin inkişaf məcrası sizi narahat
etməsin. Təşəbbüslə çıxış etməkdən çəkinməyin. Təşəbbüskar olsanız,
rəqiblərinizi üstələyə bilərsiniz.
Oxatan
- intuisiyanız kəskin olmalıdır. Emosiyaların tarıma çəkilməsinə imkan
verməyin. Çalışdığınız insanları anlamağa çalışın. İndiyədək
mövqelərinizi bölüşməyən adamlarla belə, təmaslarda diqqətli və həssas
olun.
Sevdiyiniz insanı xoş sürprizlə sevindirin. Maraqlandığınız şəxslə təmaslar qurmağa çalışın.
Günün
ikinci yarısında yaxın gələcəklə bağlı planlar qurmaq olar. Son
günlərdə yaşanmış olaylara münasibətinizin dəyişməsinə səbəb ola biləcək
mühüm informasiyanın alınması istisna deyil. İdmanla məşğul olsanız,
pis deyil.
Amma hovuza yollanmağa dəyməz.
Oğlaq -
həll edə bilməyəcəyiniz məsələ yoxdur. İntellektual potensialınızın
səviyyəsi yüksəkdir. Ən çətin situasiyalarda belə, soyuqqanlı və
təmkinli davranın. Belədə ciddi uğur qazana bilərsiniz.
Günün ikinci yarısında yeni tərəfdaşlar sizə tam etibar etmirlər. Onların inamını qazanmaq asan deyil.
Təbii, səmimi davranın.
Qonaq qəbul etmək, evdə şadyanalıq təşkil etmək olar. Qonaqlar kulinar uğurlarınıza laqeyd qalmayacaqlar.
Axşam saatlarında romantik təmaslar, görüşə dəvət istisna deyil.
Dolça
- ehtiyatlı olun. Çətin gündür. Ən kiçik yanlışlıq və ya səhv belə,
ciddi nəticələr verə bilər. İşdə tapşırıqlarla öhdəliklərin sayı artır.
Yeni məsuliyyətlər peyda olur. Həmin işləri gördüyünüzə görə kimsə sizi
mükafatlandırmaq niyyətində deyil.
Günün ikinci yarısında rəhbərliklə mübahisə istisna deyil. Həmkarlarla münasibətləri qarşılıqlı iradlar korlaya bilər.
Şəxsi
həyatınızda dəyişikliklər və yeniliklər zamanıdır. Yaxınlarınızla
təmaslarda diqqətli olun, davranışınıza fikir verin. İllüziyalara
qapılmayın. Fəaliyyətdə olun.
Balıqlar -
yeni işlərə cəsarətlə başlayın. Sizə kömək edən insanın olub-olmamasına
rəğmən, işi bitirin. Biliklər, informasiya və təcrübənin artırılması
üçün əlverişli zamandır. Başqalarının təcrübəsindən yararlanın.
Eşitdiyiniz ideyanı mənimsəyin, inkişaf etdirin.
Günün ikinci yarısı maliyyə baxımından əlverişlidir. Gəlirlər gözlədiyinizdən də artıq ola bilər.
Şəxsi
münasibətlərdə vəziyyət o qədər də yaxşı deyil. Yaxınlarınızla dil
tapmaq çətinləşir. Ünvanınıza səslənən tənqid və iradların sayı sürətlə
artır.
Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər.
Milli.Az