Müasir dünyadan imtina edənlər də tapıldı - VİDEO
1.5.2014

İnformasiya texnologiyaları ilə əhatə olunduğumuz bu dünyada bir ailə müasirlikdən imtina edib.

Keçmişə qayıdan həmin ailə Kanadada yaşayır. Günlərin bir günü Morqan Patey ailəsi ilə birlikdə qərara alır ki, azyaşlı övladlarını virtual aləmdən kənar tutmaq üçün hər şeydən imtina etmək lazımdır.

Onlar mobil telefon, kompüter, oyun qurğuları ilə əhatə olunmuş nə varsa, hamısını atır və bir ili belə keçirirlər. Gənc valideynlər düz bir ili bayırda 1986-ci il imiş kimi keçirirlər.

Onların dediyinə görə, keçmişə qayıdış və evdən müasir texnologiyaların, kompüter və smartfonların uzaqlaşdırılması ailələrinə səadət gətirib, aralarında olan münasibətləri yaxşılaşdırıb. Təcrübə o qədər uğurlu alınıb ki, indi ailə heç 2014-cü ilə də qayıtmaq istəmir.

VİDEO

ANS PRESS